Vakansiya haqqında
İşin təsviriÖhdəliklər:
Müəssisənin struktur bölmələrində təsdiq edilmiş prosedur və təlimatların faktiki iş prosesində tətbiqini yoxlamaq;
Prosedurlarda nəzərdə tutulmuş tələblərlə faktiki icra arasında fərqləri müəyyən etmək;
Əməkdaşların funksiyalarının faktiki icrasının vəzifə təlimatları ilə uyğunluğunu yoxlamaq,
Vəzifə təlimatlarında qeyd edilməyən, lakin faktiki yerinə yetirilən funksiyaları müəyyən etmək;
İcra olunmayan, təkrarlanan və ya digər əməkdaşların funksiyaları ilə üst-üstə düşən işləri aşkar etmək;
Biznes proseslərinin mərhələlərini təhlil edərək vaxt itkisi, artıq əməliyyatlar və səmərəsiz fəaliyyətləri müəyyən etmək;
Proseslərin optimallaşdırılması, əməliyyatların təkmilləşdirilməsi və resurslardan səmərəli istifadə ilə bağlı təkliflər hazırlamaq;
ISO 9001 üzrə Daxili Auditlər təşkil etmək və nəticələri sənədləşdirmək;
Aşkar edilmiş problemlər üzrə təhlil və monitorinq hesabatları hazırlamaq;
Razılaşdırılmış təkmilləşdirmə tədbirlərinin icrasını və əldə edilmiş nəticələri yoxlamaq;
Monitorinq nəticələri və təkmilləşdirmə təklifləri barədə şöbə müdirinə mütəmadi hesabat təqdim etmək
Əsas tələblər:
Ali təhsil Biznesin idarə edilməsi, Menecment və əlaqəli ixtisaslara üstünlük verilir.
Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
Azərbaycan dili – yaxşı; Rus və ingilis dili biliyi üstünlükdür;
MS Office, xüsusilə Excel və PowerPoint üzrə yaxşı biliklər. Power BI, Visio və proseslərin modelləşdirilməsi alətləri üzrə biliklər üstünlükdür.
Biznes proseslərinin təhlili və qiymətləndirilməsi bacarığı;
Vəzifə funksiyalarının və iş yükünün təhlili üzrə biliklər;
Məlumatların toplanması, təhlili və hesabatların hazırlanması bacarığı;
Auditlər təşkil etmək və qiymətləndirmək bacarığı.
Fərdi keyfiyyət göstəriciləri:
Məsuliyyətlilik
Analitik düşüncə tərzli
Komandada işləmək bacarığı
Ünsiyyət qurma bacarığı
İş vaxtının norması:
5 günlük iş rejimi
Saat - 09:00/17:00
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Nahar şirkət tərəfindən təmin edilir
Korporativ telefon nömrəsi və danışıq paketi
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
