Vakansiya haqqında
Əsas vəzifələr
Uyğunsuzluqlar zamanı analitik məlumatların toplanması, istehsalat parametrlərinin təhlili və kənarlaşmaların kök səbəblərinin müəyyən edilməsi.
Müştəri və daxili bazar şikayətləri üzrə şikayət edilən partiyanın istehsal parametrlərinin, izləniləbilənlik qeydlərinin və şahid nümunələrinin araşdırılması, QA hesabatının hazırlanması.
Anbar sahələrinin və anbardakı məhsulların temperatur fərqlərinin müəyyənləşdirilməsi və mütəmadi monitorinqi.
Uyğunsuz anbar şəraitinin məhsulun raf ömrünə təsirinin izlənilməsi və qiymətləndirilməsi.
Xammal, yarımfabrikat, hazır məhsul və sərf materialı anbarlarında saxlanma rejiminin və FIFO prinsiplərinin mütəmadi audit edilməsi.
Texnoloji rejimlərin standart əməliyyat prosedurlarına uyğunluğunun yoxlanılması.
Tələblər
İş mühitinin xüsusiyyətləri nəzərə alınaraq kişi namizədlərə üstünlük verilir.
Qida mühəndisliyi, Kimya mühəndisliyi, Biomühəndislik və ya müvafiq texniki sahələr üzrə ali təhsil.
Proses kontrolu üzrə istehsalat təcrübəsi.
Süd və ya qida sənayesi sahəsində Keyfiyyətə Nəzarət, Keyfiyyətin Təminatı və ya istehsalat üzrə minimum 2–3 il iş təcrübəsi.
Süd və süd məhsulları istehsalının texnoloji prosesləri və mass-balance hesablama metodologiyası üzrə biliklər.
Qida təhlükəsizliyi idarəetmə sistemləri (FSSC 22000, HACCP) və milli qanunvericilik standartları üzrə biliklər.
Kök Səbəb Analizi (RCA – 5 Why, Fishbone) və Data Analitikası bacarıqları.
Analitik təfəkkür, detallara diqqət və çarpaz şöbələrlə (İstehsalat, Mühəndislik, Anbar, R&D) effektiv kommunikasiya qurmaq bacarığı.
İş qrafiki: 5 günlük, 08:30–17:30
Vakansiya növü: Tam ştat
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
