Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Xan →

İxrac üzrə mütəxəssis

Razılaşma yolu ilə

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Yerli və xarici bazarı araşdırmaq, istehsal edilən məhsullar haqqında maraq formalaşdırılmasını təşkil etmək; İxrac əməliyyatı üzrə müraciət edən müştərilərlə ilkin əlaqənin qurulması, ixrac əməliyyatları istiqamətində danışıqlar aparmaq, sifariş olunan mal və xidmətlərə görə qiymətlərin alınması və sərfəli qiymətin müəyyənləşdirilməsi; Məhsulların ixracat satış mexanizminin hazırlanmasında, ixracat satışın həyata keçirilməsi zamanı müqavilələrin və digər müvafiq sənədlərin hazırlanmasında, satışın təşkil edilməsində iştirak etmək və məhsulların təyinat məntəqəsinə vaxtı-vaxtında çatdırılmasının təmin etmək və bunlara görə məsuliyyət daşımaq; Gələcək müştəri mənbələrinin inkişafı və onların potensiallarını müəyyən etmək üçün məlumat mənbələrini tədqiq etmək; Hazırkı və gələcək müştərilərlə telefon danışıqları və üzbəüz görüşlərin və təqdimatların təşkilini həyata keçirmək, müştərilər üçün aydın və effektiv yazılı təkliflər hazırlamaq; Müştərilərin problemləri və şikayətlərinin tez bir zamanda həll olmasına nail olmaq. Mövcud ixrac müştəriləri ilə əməkdaşlığı genişləndirmək və yeni müştəriləri cəlb etmək; Marketinq, mühasibat, logistika və texniki dəstək əməkdaşları ilə satış səylərini əlaqələndirmək, hazır məhsul satışlarının payının ixrac satışlarında artırılmasını təmin etmək; Şirkəti yerli və xarici tədbirlərdə təmsil etmək, beynəlxalq əlaqələrin qurulması və inkişaf etdirilməsi üzrə təkliflər hazırlamaq; İxrac əməliyyatı xidmətləri üzrə rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirmək; Şirkət tərəfindən müəyyən edilmiş və daxili təlimatlarda qeyd olunan təhlükəsizlik standartlarına və qaydalarına riayət etmək. Tələblər Tələb olunan vəzifə üzrə minimum 2 (iki) il iş təcrübəsi; Rus və ingilis dili biliyi (oxumaq, yazmaq, danışmaq), digər xarici dil biliyi olan namizədlərə üstünlük veriləcək; Kompüter bilikləri, Office proqramları bacarıqları. İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00 Nahar fasiləsi 13:00 – 14:00 Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

İxrac üzrə mütəxəssis

Xan

Maaş göstərilməyib

Şəhər
Şəhər göstərilməyib
İş qrafiki
Qrafik göstərilməyib
Təcrübə
Təcrübə tələbi göstərilməyib
Əlavə tələblər
İş sahəsi
Satış, Pərakəndə və Müştəri Xidmətləri
JobSearch.az Aktiv vakansiya
Ətraflı

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.