Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Otel qonaqlarına DELUXE Residence-in premium yaşayış layihələrini təqdim etmək;
Layihə maketi üzərindən mənzil seçimləri və üstünlüklər barədə məlumat vermək;
Potensial müştərilərlə peşəkar ünsiyyət qurmaq;
Maraqlanan şəxslərin əlaqə məlumatlarını razılıqları əsasında qeydiyyata almaq;
Potensial müştəriləri satış komandası ilə əlaqələndirmək;
Gündəlik müraciətlər və nəticələr üzrə hesabat təqdim etmək.
Namizədə tələblər:
Qadın və ya kişi
Səlis Azərbaycan və rus dili biliyi (ingilis dili üstünlükdür);
Təqdimat və ünsiyyət bacarıqları;
Səliqəli, baxımlı və peşəkar görünüş;
Premium xidmət, otelçilik və ya satış sahəsində təcrübə üstünlükdür;
Məsuliyyətli və təşəbbüskar olmaq.
İş şəraiti
İş qrafiki 13:00 - 22:00 (istirahət günü həftəsonu xaric günlər)
Əmək haqqı: 800 AZN + 400 AZN (qidalanma və nəqliyyat) + satışdan mükafat
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
