Vakansiya haqqında
Vəzifə öhdəlikləri
PR istiqaməti
Şirkətin ictimaiyyətlə əlaqələr strategiyasının hazırlanması və tətbiqi;
Şirkətin müsbət imicinin və brend nüfuzunun qorunması, inkişaf etdirilməsi;
Media nümayəndələri, bloggerlər, influencerlər və tərəfdaşlarla əlaqələrin qurulması və idarə olunması;
Mətbuat açıqlamalarının, press-relizlərin və rəsmi məlumatların hazırlanması;
Yeni filmlərin premyeraları, xüsusi nümayişləri və digər tədbirlər üçün PR planının hazırlanması və icrası;
Reklam və kommunikasiya kampaniyalarının təşkil edilməsi;
Şirkətin tədbirlərdə və ictimai platformalarda təmsil olunmasının təmin edilməsi;
Media və ictimai rəyin izlənilməsi, reputasiya risklərinin idarə olunması.
SMM istiqaməti
Şirkətin Instagram, Facebook, TikTok və digər sosial media hesablarının idarə olunması;
Aylıq və həftəlik kontent planlarının hazırlanması və icra edilməsi;
Sosial media üçün kreativ ideyaların, mətnlərin və paylaşım konseptlərinin hazırlanması;
Film təqdimatları, premyeralar, kampaniyalar və xüsusi təkliflər üçün kontentlərin hazırlanmasının təşkili;
Foto və video çəkilişlərinin planlaşdırılması və koordinasiyası;
Reels, Stories və digər sosial media formatları üçün kontentlərin hazırlanması;
Sosial media auditoriyası ilə kommunikasiyanın qurulması, mesaj və şərhlərin idarə olunması;
Sosial media statistikalarının və reklam kampaniyalarının nəticələrinin təhlili;
İzləyici sayının, əhatə dairəsinin və sosial media aktivliyinin artırılması üçün tədbirlərin görülməsi;
SMM və rəqəmsal reklam fəaliyyətlərinin effektivliyinin qiymətləndirilməsi.
Namizədə tələblər
PR, SMM, Marketinq və ya müvafiq sahə üzrə iş təcrübəsi;
Sosial media platformalarının idarə olunması üzrə praktiki biliklər;
Kreativ düşüncə və kontent ideyaları yaratmaq bacarığı;
Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
Rus və ingilis dillərini bilmək arzuolunandır;
Canva, CapCut və digər kontent hazırlama proqramları ilə işləmək bacarığı;
Foto və video çəkiliş proseslərini koordinasiya etmək bacarığı;
Analitik düşüncə, təşkilatçılıq və komanda ilə işləmək bacarığı;
Operativ, məsuliyyətli və nəticəyönümlü olmaq.
Təklif edirik
1 500 AZN NET əmək haqqı;
Kreativ və dinamik iş mühiti;
Böyük auditoriyaya malik tanınmış brendlə işləmək imkanı;
Peşəkar inkişaf və karyera perspektivi.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
