Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Experiencesrome

Sosial media meneceri (SMM)

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Komandamıza Sosial Media Meneceri (SMM) axtarılır Experiencesrome İtaliyanın müxtəlif regionlarında, o cümlədən Roma başda olmaqla, eksklüziv turlar təqdim edən turizm və fotoqrafiya şirkətidir. Brendimizin rəqəmsal mühitdəki üslubunu formalaşdıracaq yaradıcı və dinamik komanda yoldaşı axtarırıq. Əgər vizual kontent hazırlamaqdan zövq alırsınızsa və reklam paneli ilə işləməyi bacarırsınızsa, bu iş elanı sizin üçündür. Öhdəliklər Brendin üslubuna və danışıq tonuna uyğun, auditoriyanın diqqətini çəkən kontent hazırlamaq; Instagram, TikTok, Facebook və Pinterest üçün peşəkar video çarxlar (Reels/TikTok) və paylaşımlar hazırlayıb paylaşmaq; Gələn birbaşa mesajları (DM) və müştəri sorğularını sürətli və peşəkar şəkildə cavablandırmaq; Meta Ads (Facebook/Instagram), Google Ads və TikTok Ads üzərindən effektiv reklam kampaniyaları qurmaq və idarə etmək. Tələblər SMM və rəqəmsal marketinq sahəsində 1.5 il təcrübə; Mobil video çəkilişi və montaj proqramları, o cümlədən CapCut ilə yüksək səviyyədə işləmək bacarığı; Reklam panelləri ilə, xüsusilə Meta Business Suite və TikTok Ads Manager ilə iş təcrübəsi; Müştərilərlə düzgün və peşəkar ünsiyyət qurmaq bacarığı. Təklif Əmək haqqı: 700 AZN İş qrafiki: Həftə içi 5 gün, 10:00-19:00 Ünvan: Arena Plaza, Koroğlu m/st yaxınlığı Rahat ofis şəraiti və yerləşmə yeri Zəhmət olmasa, CV-nizi Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərin. Mövzu hissəsində “SMM” qeyd olunmalıdır.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.