Vakansiya haqqında
Vakansiya: İstehsalat sahə rəisi
İşin təsviri və əsas vəzifə öhdəlikləri
İstehsal prosesinin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsini, məhsulun müəyyən olunmuş nomenklatura üzrə istehsalını təmin etmək;
Avadanlıqların tam gücü ilə işləməsinə, əmək məhsuldarlığının artırılmasına, material, enerji və yanacağın səmərəli istifadəsinə nəzarət etmək;
Növbə üzrə istehsalatın vaxtında hazırlanmasını, fəhlələrin və çilingərlərin düzgün yerləşdirilməsini təşkil etmək;
Texnoloji proseslərə riayət olunmasına nəzarət etmək, pozuntuların səbəblərini operativ aşkarlamaq və aradan qaldırmaq;
İstehsalat rejiminin və qrafiklərinin təkmilləşdirilməsində iştirak etmək;
Buraxılan məhsulun keyfiyyətinə nəzarət etmək, zay məhsulun qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək;
Sahənin yenidən qurulması və modernizasiyası ilə bağlı tamamlanmış işlərin, texnoloji avadanlıqların təmirinin qəbulunda iştirak etmək;
Əl əməyinin mexanikləşdirilməsi və avtomatlaşdırılması üzrə işlərin təşkili və icrasında iştirak etmək;
Fəhlələrin və çilingərlərin istehsal normalarına əməl etməsinə nəzarət etmək, işlərin ahəngdar gedişini təmin etmək;
İstehsalat təlimatları ilə işçiləri tanış etmək və onların əməl etməsinə nəzarət etmək;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və sanitariya qaydalarına ciddi əməl olunmasını təmin etmək;
Avadanlıqların və alətlərin texniki istismar qaydalarına riayət olunmasına nəzarət etmək.
Namizədə aid tələblər
Təhsil: Texniki və ya mühəndislik sahəsində ali və ya orta ixtisas təhsili;
Təcrübə: İstehsalat sahəsində, xüsusən də kənd təsərrüfatı və ya yüngül sənaye müəssisələrində ən azı 3 il iş təcrübəsi;
İstehsal proseslərinin təşkili və idarə olunması, texnoloji proseslər və avadanlıqların iş prinsipləri barədə biliklər;
İstehsalatda əməyin mühafizəsi, texniki təhlükəsizlik və sanitariya normaları üzrə biliklər;
Komandaya rəhbərlik etmək, işçi heyətini koordinasiya etmək və motivasiya etmək bacarığı;
Problem həll etmə, operativ qərar vermə və istehsalat prosesində riskləri vaxtında müəyyənləşdirmə bacarığı;
Yüksək məsuliyyətlilik, təşkilatçılıq, intizamlılıq və dəqiqlik;
Növbəli iş rejimində işləmək imkanı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
