Vakansiya haqqında
Vəzifə öhdəlikləriRestoranın işinin səmərəli təşkili və idarə olunmasını təmin etmək.
Restoranın işçi heyətinin vəzifə öhdəliklərinin düzgün yerinə yetirilməsinə nəzarət etmək.
Restoranda sənədləşmə işlərinin aparılmasını, hesabat sənədlərinin tərtibini və göndərilməsini təmin etmək.
Məhsul sifarişlərinin düzgün tərtib edilməsini təmin etmək.
Məhsulların müəyyən olunmuş standartlar və qaydalar əsasında hazırlanmasını təmin etmək.
Əsas vəsaitlərə və azqiymətli istehlak materiallarına nəzarət etmək.
Restoranın müvafiq iş rejiminə uyğun olaraq vaxtında açılmasını və bağlanmasını təmin etmək.
Restoranda xidmətin yüksək səviyyədə həyata keçirilməsini təmin etmək və müvafiq tədbirlər görmək.
Sifarişlərin müştərilərə göndərilməsinin və hazırlanmasının düzgünlüyünə nəzarət etmək.
Restoranın satış planının icrasını təmin etmək.
Müştəri məmnuniyyəti üçün çalışmaq.
Namizədlərə tələblər
Təhsil: Vacib deyil.
İş təcrübəsi: Müvafiq sahədə (supervayzer, menecer, növbə meneceri kimi) minimum 1 il təcrübə.
Cins və yaş həddi: İşin xarakteri və xüsusiyyətləri nəzərə alınaraq, 20-35 yaşında bəy və xanım namizədlərin müraciətlərinə üstünlük verilir.
Dil bilikləri: Azərbaycan və rus dillərini mütləq səlis bilmək. İngilis dili arzuolunandır.
Komandada işləmək bacarığı.
Punktual, məsuliyyətli, stresə davamlı, detallara diqqətli və səlis nitqli olmaq.
Güclü liderlik və idarəetmə bacarıqları.
Yüksək səviyyədə ünsiyyət və interpersonal bacarıqlara malik olmaq.
Analitik düşüncə və problem həll etmə qabiliyyətinə malik olmaq.
İdarəetmə və problem həll etmə bacarığı.
Gənc və dinamik komandada işləmək imkanı.
İş şəraiti
İş qrafiki: 6 günlük iş həftəsi.
İş vaxtı: 9 saatlıq iş qrafiki.
Nahar şirkət tərəfindən təmin olunur.
Əmək haqqı
Başlanğıc aylıq məvacib: 750 AZN NET.
3 aylıq sınaq müddətindən sonra: 850 AZN.
AR qanunvericiliyinə əsasən rəsmi qeydiyyat.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
