Vakansiya haqqında
Agrotrade Supply MMC Xırdalandakı müəssisəsi üçün növbə rəisi axtarır. Müəssisənin ərazisində təhlükəsizliyin təmin olunmasına, mühafizə əməkdaşlarının fəaliyyətinə və növbə üzrə işin düzgün təşkilinə nəzarət etmək.Vəzifə öhdəlikləriTəhlükəsizlik əməkdaşlarının işini təşkil etmək və onlara nəzarət etmək;Növbə ərzində müəssisənin ərazisində təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;Müəssisəyə giriş-çıxışa və buraxılış rejiminə nəzarət etmək;Ərazidə baş verən hadisə və qayda pozuntularını araşdırmaq;Fövqəladə hallar zamanı operativ tədbirlər görmək;Növbə ərzində baş verən hadisələr barədə rəhbərliyə məlumat vermək;Növbə təhvil-təslimini düzgün həyata keçirmək;Daxili intizam və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.TələblərTəhsil: Orta və ya ali təhsil;İş təcrübəsi: Təhlükəsizlik sahəsində iş təcrübəsi;Dil bilikləri: Azərbaycan dili əla;Hərbi xidmət: Hərbi xidmət keçmiş olmalı;Fiziki vəziyyət: Sağlam və fiziki cəhətdən hazırlıqlı olmalı;Ezamiyyət tələbi: Bəli.İmtiyazlarServis xidməti: Sumqayıt və 20 Yanvar istiqamətləri üzrə;Könüllü tibbi sığorta;Nahar ilə təminat;Yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük verilir. Müəssisə Xırdalan şəhəri, Hökməli dairəsi yaxınlığında yerləşir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
