Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Grand Catering QSC

Anbarda Növbə Rəisi

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Grand Catering QSC vakansiya elan edir - Növbə rəisi axtarışındayıq. Anbar və logistika sahəsində inkişaf etmək, məhsulların düzgün qəbulu, saxlanması və uçotu proseslərində iştirak etmək və peşəkar komandada çalışmaq istəyən namizədləri komandamıza qoşulmağa dəvət edirik. Vəzifə öhdəlikləri: Anbarda növbə rəisi yük daşınmaları, yükün anbara qəbulu və buraxılması prosesində iştirak edir. Anbarda növbə rəisi tabeliyində olan işçilərinə rəhbərlik edir, onların fəaliyyətlərini istiqamətləndirir və əlaqələndirir. Müvafiq texnologiyaya əsasən, təhlükəsizlik texnikasının tələblərinə uyğun anbarın bütün sahələrində yükləmə-boşaltma işlərinin vaxtında aparılmasında operativ idarəetmə nəzarətini həyata keçirir. Anbara daxil olan və anbardan çıxarılan məhsullar barədə məlumatları müvafiq sistemə daxil etmək. Malların keyfiyyəti (keyfiyyətsizliyi) barədə rəhbərliyə məlumat verir. Təhlükəsizlik texnikasına və əməyin mühafizəsi qaydalarına riayət edir. İş yerində etik davranışı və əmək intizamını qoruyaraq digər əməkdaşlara nümunə olur. Anbar sahəsində olan xüsusi texnika və tərtibatların düzgün istismar edilməsinə nəzarət edir. İnventarlaşdırmanın aparılmasında iştirak edir. Anbar əməliyyatları ilə bağlı hesabatların hazırlanmasında iştirak etmək. İş vaxtından istifadənin yaxşılaşdırılması, əməyin fənd və metodlarından istifadə, ağır, fiziki əməyin aradan qaldırılması, iş şəraitinin yaxşılaşdırılması təşkilinin bütün istiqamətlərindən istifadə edilməsi işlərini təşkil edir. İşdə fərqlənən işçilərin həvəsləndirilməsi, əmək istehsalat intizamını pozanlar barəsində tədbir görülməsi haqqında təkliflər verir. Müqavilədə müəyyən olunmuş vaxtda malgöndərənlər tərəfindən malların göndərilməsinə və saxlama müddətinə nəzarət edir. Alınan malların keyfiyyətinə nəzarət edir. Tələblər: Ali təhsil Anbar sahəsində minimum 2 il iş təcrübəsi Azərbaycan dili – əla MS Office proqramlarında və 1C 8.3 işləmək bacarığı Diqqətlilik və detallara yönümlülük Məsuliyyətli və operativ yanaşma Təşkilatçılıq və idarəetmə bacarığı Sizə nə təklif edirik? Şirkət tərəfindən təmin olunan nahar Korporativ mobil nömrə və danışıq paketi Peşəkar inkişaf və karyera imkanları Dinamik və inkişafyönümlü iş mühiti Ünvan: Bakı şəhəri, Qaradağ rayonu Əməkhaqqı: 1100 AZN - NET Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.