Vakansiya haqqında
Vakansiya: Monitorinq üzrə mütəxəssisNamizədə aid tələblər
Orta ixtisas və ya ali təhsil;
Monitorinq sahəsində 1 ildən az olmayaraq iş təcrübəsi;
Azərbaycan dilini səlis bilmək;
Komandada işləmək bacarığı;
Yüksək müşahidə qabiliyyəti, analitik düşüncə və məsuliyyətlilik;
Dürüstlük, etibarlılıq və nizam-intizam;
Rəhbərlərin əmrlərini vaxtında və düzgün icra etmək bacarığı;
Araşdırma aparmaq, operativ qərar vermək və reaksiya göstərmək qabiliyyəti, stresə davamlılıq;
Microsoft Office proqramları üzrə yaxşı biliklər və kamera nəzarət sistemlərindən istifadə bacarığı;
AR SQ-də hərbi xidmət keçmiş olmaq arzuolunandır.
Əsas vəzifə öhdəlikləri
Kameralar vasitəsilə restoranlarda gündəlik fəaliyyətin müşahidə edilməsi və lazımi qeydlərin aparılması;
Dələduzluq riskləri ilə bağlı halların izlənilməsi və nəzarət mexanizmlərinin effektivliyinin yoxlanılması;
Daxili qayda pozuntularının və şübhəli halların müəyyənləşdirilməsi, detallı araşdırmaların aparılması, qeydlərin hazırlanması və rəhbərliyə məruzə edilməsi;
Oğurluq və əmlakdan sui-istifadə hallarının aşkarlanması, qeydə alınması və rəhbərliyə vaxtında məruzə edilməsi;
Restoranlarda bütün kassalar üzrə maliyyə əməliyyatlarının düzgün aparılmasına nəzarət edilməsi, uyğunsuzluqların qeydə alınması və rəhbərliyə vaxtında məruzə edilməsi;
Restoranlarda mövcud seyflərlə bağlı maliyyə təhlükəsizliyi əməliyyatlarının düzgün aparılmasına nəzarət edilməsi, uyğunsuzluqların vaxtında qeydə alınması və rəhbərliyə məruzə edilməsi;
Kameraların fasiləsiz işləməsinin izlənilməsi və nasazlıqlar barədə texniki komandaya məlumat verilməsi;
İşçi heyətinin daxili qaydalara əməl etməsinə nəzarət edilməsi və intizam pozuntularının qeydə alınması;
Monitorinq fəaliyyəti ilə bağlı hesabatların təqdim edilməsi.
İş şəraiti
AR Əmək Məcəlləsinə əsasən rəsmi sənədləşmə;
Növbəli iş rejimi;
Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
