Vakansiya haqqında
Vəzifənin məqsədi
Otel qonaqlarına aeroport transferlərinin və sürücü xidmətlərinin vaxtında,
təhlükəsiz və yüksək keyfiyyətlə göstərilməsini, avtomobil və sürücü resurslarından səmərəli istifadəni təmin
etmək.
Əsas vəzifələr
Otellərdən e-poçt və telefonla daxil olan transfer və sürücü xidməti sorğularını
qəbul etmək, yoxlamaq və rezervasiya cədvəlinə daxil etmək
Hər sorğu üçün
uyğun sürücü və avtomobil təyin etmək, növbəti günün planını və növbə qrafikini qurmaq
Aviareysləri izləmək, gecikmə, ləğv və ya dəyişiklik hallarında sürücü planını dərhal
yeniləmək
Gün ərzində sürücülərin işinə nəzarət etmək, gözlənilməz
hallarda (gecikmə, nasazlıq, qonağın tapılmaması) alternativ həll tapmaq
Otellərin konsyerj, qəbul və rezervasiya şöbələri ilə gündəlik əlaqə saxlamaq, təcili sorğu və
şikayətləri həll etmək
Standart olmayan sorğular üçün qiymət təklifi
hazırlamaq, qiymətlərin müqavilə şərtlərinə uyğunluğunu yoxlamaq
Xidmətləri Google Sheets-də dəqiq qeyd etmək, gündəlik və aylıq hesabatlar
hazırlamaq
Avtopark və subpodratçılarla avtomobil əlçatanlığını
əlaqələndirmək; lazım olduqda meneceri əvəz etmək
Tələblər
Ali və ya orta ixtisas təhsili (logistika, turizm, qonaqpərvərlik və ya biznes
üstünlükdür)
Nəqliyyat, dispetçerlik, logistika, turizm, otel və ya
sürücü xidmətləri sahəsində ən azı 1–2 il təcrübə
Azərbaycan və rus
dillərini səlis, ingilis dilini B2 səviyyəsində bilmək
Excel / Google
Sheets və e-poçtla səriştəli işləmək
Bakının küçələrini, hava limanını,
otelləri və əsas məkanları yaxşı bilmək
Stress altında sakit qalmaq, eyni
anda bir neçə işi idarə etmək və tez qərar vermək
Peşəkar və nəzakətli
ünsiyyət, diqqətlilik, məsuliyyət və məxfiliyə riayət
Gecə və səhər
saatlarında, həftə sonları və bayram günlərində növbətçiliyə hazır olmaq
Üstünlüklər
Otellər və ya premium sürücü şirkətləri ilə iş təcrübəsi
Reys izləmə proqramlarından (Flightradar24, aeroportun rəsmi saytı) istifadə
təcrübəsi
Qiymət hesablama və danışıqlar bacarığı
B kateqoriyalı sürücülük vəsiqəsi
Excel / Sheets-də
analitik bacarıqlar
Təklif edirik
Əmək haqqı 800-1000 AZN
Beynəlxalq
SIXT brendi altında dinamik iş mühiti
6 günlük iş
qrafiki
Maraqlananlar CV-ləriniNəqliyyat Əməliyyatları Koordinatoru başlığı
iləMüraciət etdüyməsində qeyd
olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
