Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

SRC LLC

Müştəri Xidməti və Rezervasiya kordinatoru

800

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

“SIXT” Azərbaycan komandasına qoşulmaq üçün dinamik və müştəriyönümlü "Rezervasiya Agenti" axtarırıq! Əgər satış və müştəri xidmətlərində mükəmməllik sərgiləmək istəyirsinizsə, bu fürsət sizin üçündür. SIXT brendinin ölkəmizdə və beynəlxalq səviyyədə nüfuzunu təmsil etməkdən qürur duyacaqsınız. İş şəraiti İş Yeri - Fairmont Hotel Vəzifə Maaşı - 800 + AZN (performansa görə artan bonus imkanları) İş və İstirahət Vaxtı - Növbəli iş qrafiki – dinamik iş şəraitində çalışmağı sevənlər üçün ideal mühit! Vəzifəyə dair tələblər Təhsil: Ali təhsil, bakalavr dərəcəsi (turizm, biznes, marketinq və müştəri xidməti sahələrində təhsil üstünlükdür). Təcrübə: Müştəri xidmətləri və satış sahəsində 1 ilədək iş təcrübəsi tələb olunur. Müştəri ilə işdə təcrübəli olmaq üstünlükdür. Dil Bilikləri: Azərbaycan dili – ana dili səviyyəsində / İngilis dili – yaxşı səviyyədə (Rus dili biliyi əlavə üstünlükdür). Yaş Həddi: 25-37 yaş Bacarıqlar: Effektiv Ünsiyyət: Müxtəlif növ müştərilərlə nəzakətli və peşəkar şəkildə ünsiyyət qurma. Problem Həll Etmə: Çətin situasiyaları sürətli həll etmə və müştəri məmnuniyyətini təmin etmək. Təşəbbüskarlıq və Çeviklik: İş şəraitinə uyğunlaşmaq və yeni təşəbbüslərlə irəli çıxmaq. Komandada İşləmə: Komanda üzvləri ilə qarşılıqlı dəstək, iş birliyi yaratmaq. Müştəri Məmnuniyyəti və Nəticəyə Fokuslanma: Yüksək xidmət səviyyəsi və satış hədəflərini yerinə yetirməkdə maraqlı olmaq. Operativ İşləmə: Təzyiq altında sürətli və dəqiq işləmək bacarığı. İş Şərtləri və Funksiyaları Əsas Vəzifə Öhdəlikləri: SIXT İcarə Xidmətləri Haqqında Məlumat Vermək: Müştərilərin müraciətlərinə cavab olaraq SIXT-in müxtəlif icarə xidmətləri haqqında dolğun məlumat təqdim etmək və suallara cavab vermək. Rezervasiya Qəbulu və Müştəri Dəstəyi: Müştəri sifarişlərini qəbul edərək, ehtiyaclarına uyğun olaraq onları yönləndirmək və müqavilələri hazırlamaq. Telefon və Yazışma Üsulu ilə Ünsiyyət: Müştərilərlə nəzakətli yazışma və telefon ünsiyyətini təmin etmək. Proqramlar və Gündəlik İdarəetmə İşləri: Daxili proqramlarda rezervasiya, ödəniş və digər əməliyyatları icra etmək və gündəlik hesabatları hazırlamaq. Ətraflı Məlumat Təqdim Etmək: Müştərilərə xidmətlər, istiqamətlər, yerli xəritələr və digər köməkçi məlumatlar təqdim etmək. Ödəniş Qəbulu və Problemlərin Həlli: İcarədən qayıdan nəqliyyat vasitələrinin ödənişlərini qəbul etmək, müştəri problemlərini effektiv həll etmək. Sənədləşmə və Əlaqələndirmə: İcarə müqavilələrini hazırlamaq, müvafiq şöbələrlə sənəd və məlumat mübadiləsini aparmaq. Maddi və Mənəvi Maraqların Qorunması: Şirkətin nüfuzunu və müştəri məmnuniyyətini qorumağa dair məsuliyyət daşımaq. Satış Hədəflərini Yerinə Yetirmək: Şirkətin aylıq və illik satış hədəflərini qarşılamaq üçün çalışmaq. SIXT Azərbaycan Komandasında Sizi Nə Gözləyir? Dinamik İş Şəraiti: Gündəlik müştəri müraciətləri və müxtəlif tələblər əsasında aktiv və dinamik iş mühiti. İşləmə və İnkişaf İmkanları: SIXT, işçilərinə karyera yüksəlişi və inkişaf fürsətləri təqdim edir. Komanda Ruhu: Hər bir komanda üzvünün dəyərli olduğu, dəstəkləyici iş mühiti. Peşəkar Təlimlər: Şirkət daxili təlimlər vasitəsilə peşəkar inkişafınızı dəstəkləyirik. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar yalnız bu brauzerdə saxlanılır.