Vakansiya haqqında
Təsvir
Mağazalar, onlayn satış, əlaqə mərkəzi, çatdırılma, quraşdırılma və servis üzrə
müştəri təcrübəsinin təhlil edilməsi;
Müştəri səyahəti xəritələrinin
(CJM) hazırlanması, problemli məqamların müəyyənləşdirilməsi və təkmilləşdirmə təkliflərinin
verilməsi;
NPS, CSAT və CES sorğularının, müştəri müsahibələrinin və alış
etməyən müştərilərlə araşdırmaların planlaşdırılması və həyata keçirilməsi;
Sorğu anketlərinin hazırlanması, hədəf auditoriyanın, seçmə həcminin və sorğuların keçirilmə
vaxtının müəyyən edilməsi;
Müştəri rəylərinin, şikayətlərinin və təkrar
müraciətlərinin təhlil edilməsi, narazılıqların əsas səbəblərinin müəyyənləşdirilməsi;
Mağaza, kanal, region və xidmət mərhələləri üzrə hesabatların hazırlanması, nəticə və
tövsiyələrin rəhbərliyə təqdim edilməsi;
Aidiyyəti bölmələrlə
təkmilləşdirmə planlarının razılaşdırılması, icra prosesinin və nəticələrin izlənilməsi;
Mənfi rəy bildirən müştərilərlə geri dönüş prosesinə və problemlərin həllinə nəzarət
edilməsi;
IT, BI və CRM komandaları ilə sorğuların, məlumatların
toplanması və hesabatların avtomatlaşdırılması prosesində iştirak edilməsi.
Tələblər
Ali təhsil;
Müştəri təcrübəsi, müştəri
araşdırmaları, xidmət keyfiyyəti və ya əlaqəli sahədə minimum 3 il iş təcrübəsi;
Azərbaycan və rus dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
Kəmiyyət və keyfiyyət araşdırmalarının planlaşdırılması, keçirilməsi və nəticələrinin təhlili
üzrə praktiki təcrübə;
NPS, CSAT və CES metodologiyaları, seçmənin
formalaşdırılması və müştəri seqmentasiyası üzrə biliklər;
Müştəri
səyahəti xəritələrinin (CJM) hazırlanması və problemlərin kök səbəblərinin təhlili bacarığı;
Excel proqramında sərbəst işləmək bacarığı (Pivot cədvəllər, düsturlar, məlumatların emalı və
yoxlanılması);
Hesabatların hazırlanması, göstəricilərin düzgün şərh
edilməsi və nəticələrin təqdim olunması bacarığı;
Təhlil nəticələrini
konkret fəaliyyət planına çevirmək və dəyişikliklərin effektivliyini ölçmək bacarığı;
Analitik düşüncə, detallara diqqət, məsuliyyət və müstəqil işləmək
bacarığı;
Müxtəlif bölmələrlə səmərəli əməkdaşlıq və layihələrin icrasını
koordinasiya etmək bacarığı;
Power BI, Power Query, SQL bilikləri və CRM
sistemləri ilə iş təcrübəsi arzuolunandır;
Pərakəndə satış və ya elektron
ticarət sahəsində təcrübə, həmçinin ingilis dili biliyi üstünlükdür.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
