Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Debitor və kreditor borclarının mühasibat uçotunun düzgün və vaxtında aparılmasını
təmin etmək;
Müştərilər və təchizatçılar üzrə hesablaşmaları 1C
proqramında düzgün əks etdirmək və mütəmadi nəzarətdə saxlamaq;
Debitor
və kreditor borcları üzrə qalıqları mütəmadi təhlil etmək, yaranmış fərq və uyğunsuzluqları
araşdırma
Debitor və kreditorlar üzrə üzləşmə aktlarını tərtib etmək,
qarşı tərəflərlə üzləşmələri həyata keçirmək, uçot məlumatlarının uyğunluğunu yoxlamaq və aşkar edilmiş fərqlərin
səbəblərini araşdıraraq aradan qaldırılmasını təmin etmək;
Alış və satış
əməliyyatları üzrə müqavilə, hesab-faktura, elektron qaimə-faktura, təhvil-təslim aktı və digər ilkin mühasibat
sənədlərinin düzgünlüyünü yoxlamaq
Elektron qaimə-fakturaların uçot
məlumatları ilə uyğunluğunu yoxlamaq və müəyyən edilmiş fərqlərin aradan qaldırılmasını təmin
etmək;
Təchizatçılara və digər kreditorlara ödənilməli məbləğləri
müqavilə, sifariş, hesab-faktura və digər təsdiqedici sənədlər əsasında yoxlamaq;
Bank əməliyyatlarını debitor və kreditor hesablaşmaları ilə üzləşdirmək, ödənişlərin düzgün
təyinat üzrə bağlanmasına nəzarət etmək;
Aylıq və illik bağlanış zamanı
debitor-kreditor hesabları üzrə qalıqların düzgünlüyünü yoxlamaq və üzləşdirmək;
Debitor-kreditor hesablaşmaları üzrə tələb olunan hesabat və analitik məlumatları
hazırlamaq;
Tələblər:
Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali
təhsil;
Debitor və kreditor borclarının uçotu və qarşılıqlı hesablaşmalar
üzrə yüksək səviyyədə bilik;
Dil bilikləri: Azərbaycan dili , Rus dili
yüksək səviyyədə bilmək.
Müvafiq sahə üzrə minimum 1-3 il iş
təcrübəsi
MS Office proqramlarını, xüsusilə Microsoft Excel proqramını
yüksək bilmək;
1C 8.3 proqramında işləmək bacarığı;
İş şəraiti
Əmək haqqı 700- 800 Azn
İş
yeri: Binə qəsəbəsi
İş vaxtı: 5 günlük iş
qrafiki.
Nahar və servis şirkət tərəfindən təmin
olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mühasib-operator”
yazaraqMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
