Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Anbardan çıxan malların müvafiq sənədlər əsasında 1C proqramına işlənməsi;
Malların mədaxil və məxaric əməliyyatlarının sistemdə qeydiyyatının aparılması;
Məhsulların satışa, digər şöbələrə və filiallara təhvil verilməsi əməliyyatlarının rəsmiləşdirilməsi;
Anbar qalıqlarına nəzarət edilməsi və sistem məlumatlarının faktiki göstəricilərlə üzləşdirilməsi;
Məhsulların hərəkəti üzrə müvafiq hesabatların hazırlanması;
Anbar sənədlərinin düzgünlüyünün yoxlanılması və arxivləşdirilməsi;
Gündəlik əməliyyatlar üzrə rəhbərliyə hesabatların təqdim edilməsi.
Namizədə tələblər:
Müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili;
Mühasibatlıq və ya anbar uçotu sahəsində iş təcrübəsinin olması mütləqdir.
1C proqramı ilə işləmək bacarığı;
MS Excel proqramını yaxşı səviyyədə bilmək;
İlkin mühasibat sənədləri və anbar uçotu haqqında məlumatlı olmaq;
Diqqətli, məsuliyyətli və operativ olmaq;
Komandada işləmək bacarığı.
İş şəraiti:
İş qrafiki: 1 - 6 günlər
Əmək haqqı: 900 net
İş yeri: Bakı şəhəri, Sulutəpə qəsəbəsi,R.Allahverdiyev küçəsi,döngə 9/21D
Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.
Careers@iceland.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Mühasib operator” yazmaqla müraciət edilir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
