Vakansiya haqqında
Şirkət haqqındaConsulting Group — vergi, audit, maliyyə, hüquqi məsləhət, biznes proseslərinin təkmilləşdirilməsi və sertifikatlaşdırma sahələrində ixtisaslaşmış məsləhətçi şirkətlərdən biridir. Biz yerli və beynəlxalq müştərilərimizə peşəkar xidmət göstəririk.Əsas vəzifələr:🔹 İlkin uçot sənədlərinin mühasibatlıq proqramına işlənilməsi;🔹 Bank və vergi hesabları üzrə əməliyyatlara nəzarət;🔹 Müqavilələrdə əks olunan maliyyə göstəricilərinin, öhdəliklərin və müddətlərin yoxlanılması;🔹 Mühasibat yazılışlarının hazırlanması və uçot əməliyyatlarının həyata keçirilməsinə dəstək;🔹 Maliyyə hesabatlarının hazırlanması prosesində iştirak;🔹 Mühasibat və maliyyə əməliyyatlarının avtomatlaşdırılması layihələrində iştirak.Namizədə tələblər:✅ Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;✅ İngilis dili biliyi (orta və yuxarı səviyyə);✅ Mühasibat yazılışları və ilkin mühasibat uçotu barədə biliklər;✅ Maliyyə hesabatlarının strukturu və hazırlanması prinsipləri haqqında məlumatlı olmaq;✅ Microsoft Office, xüsusilə Excel proqramında sərbəst işləmək bacarığı;✅ Excel funksiyaları və formulaları ilə hesablama aparmaq bacarığı;✅ Diqqətlilik, məsuliyyətlilik və analitik düşünmə qabiliyyəti;✅ Öyrənməyə və peşəkar inkişaf etməyə həvəsli olmaq.Əmək haqqı:💰 600–1000 AZN (namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən ediləcək).Müraciət qaydası:Subject hissəsində “Mühasib köməkçisi” qeyd edərək office@consultinggroup.az e-mail ünvanına CV göndərmək.Müraciətlərin qəbulu üçün son tarix: 30.11.2026
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
