Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Ntensile

Mühasib köməkçisi

BakıMənbə: Boss.az

Vakansiya haqqında

İş şəraiti Vəzifə: Mühasib köməkçisi Əməkhaqqı: 500–700 AZN İş rejimi: Tam ştat İş qrafiki: 5 günlük iş həftəsi (Bazar ertəsi – Cümə) İş saatları: 09:00–18:00 İstirahət günləri: Şənbə, Bazar və qanunvericiliklə müəyyən edilmiş qeyri-iş günləri. Rəsmiləşmə: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq əmək müqaviləsi əsasında rəsmi işə qəbul. Müraciət qaydası: Vakansiya ilə maraqlanan namizədlər CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. E-mail:contact@ntensile.com Məktubun mövzu hissəsində “Mühasib köməkçisi” qeyd olunmalıdır. İlkin mühasibat sənədlərinin hazırlanması, yoxlanılması və sistemləşdirilməsi; Elektron qaimə-fakturaların hazırlanması, göndərilməsi və daxil olan qaimələrin yoxlanılması; Alış və satış əməliyyatları üzrə sənədləşmə işlərinin aparılması; Bank əməliyyatları və bank çıxarışlarının uçotunun aparılmasına dəstək göstərilməsi; Kassa və ödəniş sənədlərinin hazırlanması və qeydiyyatının aparılması; Debitor və kreditor borclarının izlənilməsi; Müqavilə, hesab-faktura, təhvil-təslim aktı və digər maliyyə sənədlərinin hazırlanması; Əməkhaqqının hesablanması və ödəniş prosesinin həyata keçirilməsi; Daxili və xarici bank köçürmələrinin hazırlanması və icrası; Mühasibat və vergi hesabatlarının hazırlanmasında baş mühasibə dəstək göstərilməsi; Sənədlərin düzgün arxivləşdirilməsi və müvafiq tapşırıqların vaxtında yerinə yetirilməsi. Yaş: 20–35; Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili; Mühasibatlıq sahəsində minimum 6 ay – 1 il iş təcrübəsi; MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı; Əməkhaqqının hesablanması, tutulmaların müəyyən edilməsi və ödəniş prosesləri üzrə biliklər; Daxili və xarici bank köçürmələrinin həyata keçirilməsi, ödəniş tapşırıqlarının hazırlanması üzrə praktiki biliklər; Bank müştəri xidmətləri (internet banking) ilə işləmək bacarığı; Vergi və əmək qanunvericiliyinin əsasları barədə məlumatlı olmaq; Elektron qaimə-faktura və elektron dövlət portalları ilə işləmək bacarığı; Diqqətli, məsuliyyətli, dürüst və öyrənməyə açıq olmaq; Komandada işləmək və tapşırıqları vaxtında yerinə yetirmək bacarığı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.