Vakansiya haqqında
Aviation Services Group-un Sky Catering filialı
“Mühasib” vəzifəsinə işçi axtarır.
Vəzifə öhdəlikləri:
Mühasibat uçotunun bütün sahələri üzrə (əsas vəsaitlər, əmtəə-maddi qiymətlər,
istehsal xərcləri, debitor və kreditor borcları, göstərilən xidmətlər və s.) operativ və düzgün uçotunu həyata
keçirir;
Pul vəsaitlərinin və inventarın bütün hərəkəti ilə bağlı
əməliyyatları vaxtında və qanunvericiliyə uyğun olaraq mühasibat uçotunda əks etdirir;
Vergi uçotunu aparır, müvafiq hesabatları hazırlayır və vaxtında təqdim
edir;
İtki və qeyri-məhsuldar xərclərin yaranma səbəblərini araşdırır,
onların qarşısının alınması üçün təkliflər hazırlayır və rəhbərliyə təqdim edir;
İş fəaliyyətinin səmərəliliyinin artırılması üçün təkliflər verir;
Hava gəmilərinə göstərilən xidmətlərə dair çek-listlərin və digər sənədlərin düzgünlüyünü
yoxlayır və uçotda əks etdirir;
Mühasibat sənədlərinin düzgün tərtibini,
sistemli saxlanmasını və arxivə təhvil verilməsini təşkil edir və nəzarət edir;
Müəssisənin uçot siyasətinin hazırlanmasında və təkmilləşdirilməsində iştirak edir, uçot
proseslərinin metodologiyasına rəhbərlik edir;
Dövlət büdcəsinə vergi və
digər ödənişlərin, sosial sığorta ayırmalarının, işçilərin əmək haqqı fonduna vəsait ayrılmasının tam və vaxtında
həyata keçirilməsini təmin edir;
Vergilərin, ödənişlərin, habelə
işçilərin mükafatlandırılması və digər daxili fondlara vəsait köçürülməsi əməliyyatlarını yerinə
yetirir;
Mühasibat hesabatlarının, eləcə də vergi və statistik
hesabatların tərtibi üçün lazımı məlumatları hazırlayır, yoxlayır və rəsmiləşdirir;
Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin təhlilində, qənaət rejiminin və sənəd
dövriyyəsinin optimallaşdırılmasında, daxili ehtiyatların aşkar edilməsində iştirak edir;
Tabeliyində olan mühasiblərə iş tapşırıqları verir, onlara metodiki kömək və tövsiyələr
göstərir, iş nəticələrinə dair rəylər hazırlayır;
Tabeliyində olan
işçilərin iş keyfiyyətinə, tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsinə nəzarət edir, səhvlərin qarşısını
alır;
Müəssisənin digər şöbə və idarələri ilə maliyyə-uçot məsələləri
üzrə sıx əməkdaşlıq edir, onlara mühasibat uçotu və vergi qanunvericiliyi ilə bağlı məsləhətlər
verir;
Vergi orqanları, audit firmaları, sosial sığorta fondları və digər
yoxlama qurumları ilə qarşılıqlı fəaliyyətdə bilavasitə iştirak edir, sorğulara cavab hazırlayır və tələb olunan
sənədləri təqdim edir.
Namizədə tələblər:
Ali təhsil;
Müvafiq sahədə minimum 3 il
iş təcrübəsi;
Maliyyə vəsaitlərinin əməliyyatlarını rəsmiləşdirməyi
bacarmaq
Azərbaycan dili - əla; ingilis dili – yaxşı səviyyədə
bilmək.
MS Office proqramlarındaa və anbar uçotu sistemlərindən istifadə
bacarığı.
İş Şəraiti:
Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında
tənzimlənir
İş yeri: Bakı, Heydər Əliyev Beynəlxalq
Aeroportu
İş qrafiki: Tam ştat (həftədə 5 gün, saat 09:00-dan
18:00-dək).
Maaş: 1000 AZN Net
Şirkət müxtəlif istiqamətlərdən (Koroğlu m/st, Bakixanov, Əmircan, Mərdəkan, Binə, Suraxanı və
s.) ödənişsiz servis nəqliyyatı təmin edir.
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
