Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Food City Kompleks laboratoriyası →

Molekulyar bioloq

Maaş göstərilməyib

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Xaçmaz rayonunun Xudat şəhərində yerləşən Food City Kompleks Laboratoriyasının Fitosanitar bölməsi üçün Molekulyar bioloq axtarılır. Vəzifə öhdəlikləri Bitki və bitkiçilik məhsullarında PZR analizlərinin aparılması, zərərli orqanizmlərin növ mənsubiyyətinin müəyyənləşdirilməsi; Reaktivlərin və məhlulların hazırlanması, onların düzgün şəraitdə saxlanmasına nəzarət edilməsi; Yeni müayinə metodlarının tətbiqi, validasiya və verifikasiya işlərinin aparılması; Görülən işlər üzrə aktların, aylıq və illik hesabatların hazırlanması; Cihazların performans yoxlamalarının həyata keçirilməsi; Beynəlxalq səriştəlilik sınaqlarında iştirak edilməsi; Cihaz və avadanlıqlara texniki qulluq göstərilməsi; Analiz nəticələrinin işlənməsi; Təlimatların, planların və formaların hazırlanması. Tələblər Biologiya və əlaqəli ixtisaslar üzrə ali təhsil; Bu sahə üzrə iş təcrübəsi tələb olunmur; Xudat şəhərində və ətraf bölgələrdə yaşayan namizədlərə üstünlük verilir. İş qrafiki Bazar ertəsi - cümə günləri, saat 09:00-18:00. Əmək haqqı və şərtlər Əmək haqqı 950 AZN-dir. 6 aylıq təlim və sınaq müddətində nəzərdə tutulan məbləğin 50%-i, yəni 475 AZN ödənilir. Qeyd Namizədlər ilkin olaraq Bakı şəhərində yerləşən müvafiq laboratoriyada 3 aylıq təlim keçəcək, daha sonra Xudat şəhərində 3 aylıq sınaq müddətini tamamlayacaqlar. Bu mərhələlərdən sonra Xudat şəhərində daimi işlə təmin olunacaqlar. Tələblərə uyğun namizədlərdən xahiş olunur ki, CV-lərini mövzu hissəsində “Molekulyar bioloq” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərsinlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.