Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Food City Kompleks laboratoriyası

Molekulyar bioloq

950

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Xaçmaz rayonunun Xudat şəhərində yerləşən Food City Kompleks Laboratoriyasının Fitosanitar bölməsinə “Molekulyar bioloq” vəzifəsi üzrə işçi axtarılır. Vəzifə öhdəlikləri: Bitki və bitkiçilik məhsullarında PZR analizlərinin aparılması, zərərli orqanizmlərin növ mənsubiyyətinin təyin edilməsi; Reaktivlərin və məhlulların hazırlanması, müvafiq şəraitdə saxlanılmasına nəzarət; Yeni müayinə metodlarının tətbiqi, validasiya və verifikasiyasının aparılması; Görülən işlərə dair aktların, aylıq və illik hesabatların hazırlanması; Cihazların performans yoxlamalarının həyata keçirilməsi; Beynəlxalq səriştəlilik sınaqlarında iştirak; Cihaz və avadanlıqlara texniki qulluq göstərilməsi; Analiz nəticələrinin işlənməsi; Təlimatların, planların və formaların hazırlanması. Tələblər: Biologiya və əlaqəli ixtisaslar üzrə ali təhsil; Sahə üzrə iş təcrübəsi tələb olunmur; Xudat şəhərində və ətraf bölgələrdə yaşayan namizədlərə üstünlük verilir. İş qrafiki: Bazar ertəsi – cümə günləri, saat 09:00–18:00. Əmək haqqı: 950 AZN (6 aylıq təlim və sınaq müddətində nəzərdə tutulan əmək haqqının 50%-i, yəni 475 AZN ödənilir). Qeyd: Namizədlər ilkin olaraq Bakı şəhərində yerləşən müvafiq laboratoriyada 3 aylıq təlim müddətini, daha sonra isə Xudat şəhərində 3 aylıq sınaq müddətini başa vurduqdan sonra Xudat şəhərində daimi işlə təmin ediləcəklər. Tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Molekulyar bioloq” qeydi edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Yadda saxlanmış axtarışlar

Axtarışlar yalnız bu brauzerdə saxlanılır.