Vakansiya haqqında
Vəzifənin məqsədi apteklərdə marketinq fəaliyyətlərinin, çap və promo materiallarının,
tədbir və çəkilişlərin təşkilini və vaxtında icrasını təmin etməkdir.
Əsas vəzifə öhdəlikləri
Zeytun və Pharmastore apteklərində təsdiqlənmiş marketinq kampaniyalarının və promo
fəaliyyətlərin icrasını koordinasiya etmək.
Poster, flayer, stiker, rəf
və digər aptekdaxili reklam materialları üzrə ehtiyacları toplamaq, say və yerləşdirmə planlarını
hazırlamaq.
Dizaynerlərə məzmun, ölçü və texniki tələblər üzrə aydın
briflər vermək, materialları təsdiqə təqdim etmək.
Çap və istehsal
işlərini Təchizat departamenti ilə koordinasiya etmək, materialların keyfiyyətini, vaxtında hazırlanmasını,
çatdırılmasını və düzgün yerləşdirilməsini izləmək.
Promo və hədiyyə
məhsulları üzrə ehtiyacları planlaşdırmaq, nümunələrin sifarişdən əvvəl təsdiqə təqdim olunmasını və sifariş
prosesinin koordinasiyasını təmin etmək.
Tədbir, konfrans, sərgi və aptek
açılışları üzrə təşkilati işləri, stend və material təminatını, logistika və quraşdırılma proseslərini koordinasiya
etmək.
Apteklərin fasad, giriş və daxili brendləşmə materialları üzrə
dizayn və tətbiq işlərini aidiyyəti şöbələrlə əlaqələndirmək.
Foto və
video çəkilişləri üçün apteklərlə əlaqə saxlamaq, iştirakçıları və vaxtları razılaşdırmaq, təşkilati hazırlığı təmin
etmək.
Promo və çap materiallarının qalıq və paylanma uçotunu aparmaq,
görülən işlər və təsdiqlənmiş büdcə üzrə xərclər barədə hesabat hazırlamaq.
Tapşırıqların icra müddətlərini izləmək, gecikmə və problemləri vaxtında bildirmək, vəzifə
funksiyalarına uyğun digər tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər
Ali təhsil (marketinq, biznesin idarə edilməsi, kommunikasiya və ya digər müvafiq
sahələr üzrə).
Marketinq, retail marketinqi və ya tədbirlərin təşkili
sahəsində minimum 2 il iş təcrübəsi.
Çap və promo materialları,
təchizatçılar və tədbirlərin təşkilati işləri ilə bağlı praktiki təcrübə.
Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət; rus və ingilis dili biliyi
üstünlükdür.
MS Office, xüsusilə Excel və PowerPoint ilə işləmək, uçot və
hesabat hazırlamaq bacarığı.
Bir neçə işi paralel planlaşdırmaq,
prioritetləri müəyyənləşdirmək və intensiv iş rejimində son tarixlərə riayət etmək bacarığı.
Güclü təşkilatçılıq və ünsiyyət bacarığı, detallara diqqət, operativlik və komanda ilə işləmək
bacarığı.
İş şəraiti
İş yeri – BEGOC Biznes Mərkəzi (Bakı, Zərifə Əliyeva küç., 93).
Tibbi sığorta və nahar.
Peşəkar təlim və inkişaf
imkanları.
Əməkhaqqı:
Qeyd olunmuş tələblərə cavab verən şəxslər CV-lərini mövzu hissəsində “Marketinq və
retail üzrə mütəxəssis” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
