Vakansiya haqqında
Supertoys MMC “Trade marketinq üzrə mütəxəssis” vakansiyası elan edir!
Vəzifə öhdəlikləri:
Ticari marketinq strategiyalarının hazırlanması və icrasında iştirak
Şirkətin marketinq planının hazırlanmasına dəstək göstərilməsi
Bazar, rəqib və istehlakçı təhlillərinin aparılması, analitik hesabatların hazırlanması
Satış nöqtələrində (POS) marketinq fəaliyyətlərinin planlaşdırılması və icrasına nəzarət
Kampaniya, promo və reklam çəkilişlərinin planlaşdırılması, koordinasiyası və icrasında iştirak
Marketinq kampaniyalarının effektivliyinin təhlili və inkişaf təkliflərinin hazırlanması
Məhsul, kateqoriya, region və biznes vahidləri üzrə təhlillərin aparılması
Yeni məhsulların bazara çıxarılması prosesində marketinq fəaliyyətlərinin koordinasiyası
Promo materialların hazırlanmasına və yerləşdirilməsinə nəzarət
Satış komandası və digər şöbələrlə sıx əməkdaşlıq
Tələblər:
Ali təhsil (Marketinq, Menecment, İqtisadiyyat və ya əlaqəli sahə üzrə)
Ticari marketinq, marketinq, brend və ya kateqoriya idarəçiliyi sahəsində minimum 1 il iş təcrübəsi
FMCG və ya B2B sahəsində təcrübə üstünlük hesab olunur
Microsoft Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı
Analitik düşünmə və məlumatları təhlil etmə bacarığı
Güclü kommunikasiya və təqdimat bacarığı
Komandada işləmək, təşəbbüskarlıq və yüksək məsuliyyətlilik
Maraqlanan və tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində "Ticari Marketinq Mütəxəssisi" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
