Vakansiya haqqında
Vakansiya: Logistika üzrə Maliyyə AnalitikiVəzifə öhdəlikləri:
Aylıq logistika xərclərinin təhlil edilməsi və müvafiq hesabatların hazırlanması;
Məhsul və mağaza bazasında logistika xərclərinin bölgüsünün aparılması və təhlil edilməsi;
Tədarükçülər üzrə alış və stok göstəricilərinin təhlil edilməsi, hesabatların hazırlanması;
Logistika üzrə KPI göstəricilərinin izlənilməsi, təhlili və hesabatlandırılması;
İllik logistika xərcləri büdcəsinin hazırlanması və aylıq faktiki göstəricilərlə müqayisəsinin aparılması;
Logistika xərcləri üzrə proqnozların hazırlanması;
Logistika xərcləri və stok idarəetməsi ilə bağlı digər analitik tapşırıqların yerinə yetirilməsi.
Namizədə tələblər:
Təhsil: Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya müvafiq sahələr üzrə ali təhsil;
İş təcrübəsi: Maliyyə analitikası sahəsində minimum 2 il iş təcrübəsi;
ACCA (FA) və ya ekvivalent beynəlxalq sertifikatlara sahib olmaq üstünlükdür;
MS Office proqramlarını, xüsusilə Excel-i yaxşı səviyyədə bilmək;
Power BI bilikləri üstünlükdür;
Yüksək analitik düşünmə və riyazi hesablama qabiliyyəti;
Detallara diqqət, nəticəyönümlülük və təşəbbüskarlıq;
Analitik təhlil və hesabatların hazırlanması bacarığı.
İş şəraiti:
İş rejimi: Tam ştat;
İş qrafiki: 5 günlük;
İş saatları: 09:00–18:00.
Şirkət tərəfindən təqdim olunan imtiyazlar:
Nahar təminatı;
Nəqliyyat xidməti;
Şirkətdaxili təlim və inkişaf imkanları;
Karyera yüksəlişi perspektivi.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
