Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Modern Engineering Bureau Of Azerbaijan →

Layihələrin qiymətləndirilməsi sektorunun müdiri

Razılaşma yolu ilə

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Layihələrin qiymətləndirilməsi sektorunun fəaliyyətini təşkil etmək, əməkdaşlar arasında iş bölgüsünü aparmaq və tapşırıqların icrasına nəzarət etmək; Layihə cizgilərini, texniki spesifikasiyaları və digər layihə sənədlərini təhlil etmək, nəzərdə tutulan işlərin həcmini və qiymətləndirmə üçün tələb olunan məlumatları müəyyənləşdirmək; Layihə sənədləri əsasında iş və material həcmlərinin çıxarılmasını, hesablanmasını və yoxlanılmasını təşkil etmək; Layihə üzrə iş həcmləri cədvəllərinin (BOQ) sıfırdan tərtib olunmasını, işlərin müvafiq bölmələr üzrə qruplaşdırılmasını, ölçü vahidlərinin və miqdarların düzgün müəyyən edilməsini təmin etmək; Hazır təqdim edilmiş BOQ-ların layihə cizgiləri və texniki tələblərlə uyğunluğunu yoxlamaq, çatışmayan, təkrarlanan və ya səhv hesablanmış mövqeləri müəyyənləşdirmək; Hər bir BOQ mövqeyi üzrə material, işçi qüvvəsi, texnika və digər resurs tələbatının müəyyən edilməsini, vahid qiymətlərin və ümumi məbləğlərin hesablanmasını təşkil etmək; Material, avadanlıq və subpodrat işləri üzrə qiymət məlumatlarını toplamaq, təkliflərin layihə tələblərinə uyğunluğunu qiymətləndirmək; BOQ əsasında layihənin maya dəyərinin, smetasının hazırlanmasını təşkil etmək; Hesablamalarda birbaşa və dolayı xərclərin, itki normalarının, logistika xərclərinin, risk ehtiyatlarının və mənfəət marjasının nəzərə alınmasını təmin etmək; Layihə sənədlərindəki qeyri-müəyyənlikləri və uyğunsuzluqları müəyyən etmək, layihəçilər və texniki komanda ilə dəqiqləşdirmək; Layihədə edilən dəyişikliklərə uyğun olaraq BOQ-ların və qiymət hesablamalarının yenilənməsini, əlavə və ixtisar olunan işlərin maliyyə təsirinin hesablanmasını təşkil etmək; Hazırlanmış BOQ-ları, smetaları və qiymət hesablamalarını yoxlamaq, əsaslandırılmış şəkildə rəhbərliyə təqdim etmək və sifarişçi ilə texniki-kommersiya müzakirələrində iştirak etmək. Tələblər İnşaat mühəndisliyi və ya digər uyğun mühəndislik ixtisası üzrə ali təhsil; Layihələr üzrə iş həcmlərinin hesablanması, BOQ hazırlanması və qiymətləndirmə sahəsində minimum 5 il, o cümlədən komanda idarəçiliyi üzrə minimum 2 il iş təcrübəsi; Layihə cizgilərini və texniki sənədləri sərbəst oxumaq, onların əsasında iş və material həcmlərini hesablamaq bacarığı; BOQ-ların sıfırdan tərtib edilməsi, mövcud BOQ-ların yoxlanılması və qiymətləndirilməsi üzrə praktiki təcrübə; Tikinti, konstruksiya və MEP işlərinin həcmlərinin hesablanması prinsipləri üzrə biliklər; Vahid qiymət analizlərinin, resurs hesablamalarının, smetaların və layihə büdcələrinin hazırlanması üzrə təcrübə; MS Excel və AutoCAD proqramlarında sərbəst işləmək bacarığı; smeta və həcm hesablama proqramları üzrə biliklər üstünlükdür; Azərbaycan dili biliyi; ingilis və rus dillərində texniki sənədlərlə işləmək bacarığı üstünlükdür; Analitik düşünmə, detallara diqqət, komandanın işini təşkil etmək və müəyyən edilmiş müddətlərdə nəticə təqdim etmək bacarığı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.