Vakansiya haqqında
Marker komandasına müştərilərlə ünsiyyəti və layihələrin gündəlik idarə olunmasını həyata
keçirəcək, məsuliyyətli və təşkilatçılıq bacarığı güclü Layihələr üzrə kiçik mütəxəssis axtarırıq.
Əsas vəzifələr
Müştərilərlə mütəmadi əlaqə saxlamaq, onların ehtiyac və gözləntilərini
dəqiqləşdirmək, tapşırıqları komandaya düzgün ötürmək.
Layihələrin iş
planını hazırlamaq, gündəlik icranı koordinasiya etmək və razılaşdırılmış müddətlərə nəzarət
etmək.
Komanda üzvləri, təchizatçılar və digər tərəfdaşlarla iş prosesini
əlaqələndirmək.
Müştərilər üçün təklif və təqdimatların hazırlanmasında
iştirak etmək.
Excel-də layihələr üzrə cədvəllər, iş planları və
hesabatlar hazırlamaq, məlumatları aktual saxlamaq.
Müştəriləri layihənin
gedişatı barədə məlumatlandırmaq, rəy və dəyişiklik istəklərini izləmək.
Ehtiyac yarandıqda tədbir və layihələrin yerində icrasına dəstək göstərmək.
Namizəddən gözləntilərimiz
Microsoft Excel üzrə yaxşı biliklər: cədvəllər, əsas formullar, məlumatların
çeşidlənməsi və hesabatların hazırlanması ilə sərbəst işləmək.
Microsoft
PowerPoint üzrə yaxşı biliklər: səliqəli, aydın və vizual baxımdan düzgün təqdimatlar
hazırlamaq.
İngilis dilində şifahi və yazılı ünsiyyət bacarığı; rus dili
biliyi üstünlükdür.
Azərbaycan dilində səlis və düzgün işgüzar
ünsiyyət.
Planlaşdırma, vaxtın idarə edilməsi və eyni vaxtda bir neçə
tapşırıqla işləmək bacarığı.
Detallara diqqət, məsuliyyət, təşəbbüskarlıq
və komanda ilə işləmək bacarığı.
Müştərilərlə ünsiyyətdə nəzakətli, çevik
və həll yönümlü yanaşma.
Layihələrin koordinasiyası, müştəri xidməti və ya tədbirlərin təşkili sahəsində əvvəlki
təcrübə üstünlük hesab olunur.
İşin xüsusiyyəti
İşlə əlaqədar ölkədaxili ezamiyyətlər ola bilər. Namizədin ezamiyyətlərdə və
layihələrin yerində icrasında iştirak etməyə hazır olması gözlənilir.
CV-nizi mövzu hissəsində “Layihələr üzrə kiçik mütəxəssis” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərin. Hazırladığınız təqdimat və ya layihə nümunələri varsa, müraciətinizə əlavə edə
bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
