Vakansiya haqqında
Əsas vəzifələr
Qazma, tamamlama və layların idarə olunmasını dəstəkləmək üçün quyularda birləşmiş təzyiqlər qrafiklərin (PPFG – Pore Pressure Fracture Gradient) qurulmasına cavabdeh olmaq, geomexanik modelləşdirmə və formasiya bütövlüyü analizi aparmaq
Yeni quyular üçün geomexanika və PPFG məlumatları ilə dəstək vermək
Quyu sabitliyinin pozulması və digər qazma/istehsal problemlərinin qarşısını almaq üçün tövsiyələr vermək
Qazmadan əvvəl və qazmadan sonra PPFG hesabatlarının hazırlamaq
Ofset quyular üzrə detallı “öyrənilmiş dərslər” təhlil aparmaq və post-drill PPFG nəticələrinin təqdim edilməsi vasitəsilə lessons learned bazasının yenilənməsinə töhfə vermək
Şirkət daxili texniki hesabatlar, xülasələr və tövsiyələr hazırlamaq
Sənaye təcrübələri, geomexanik və PPFG modelləşdirmə texnikaları və proqram vasitələri ilə daim yenilikləri izləmək
Tələblər
Geologiya elmləri sahələrindən birində bakalavr və ya magistr dərəcəsi
Geomekanika və PPFG proqram təminatları ilə işləmə təcrübəsinə (məsələn, Techlog Geomechanics, Jewel Suite, SFIB, Petrel Geomechanics və ya ekvivalent proqramlar) üstünlük verilir
Neft və qaz əməliyyatlarında geomekanika, lay və formasiya təzyiqi qiymətləndirməsi sahəsində təcrübənin olması arzuolunandır
Praktik problem həll etmə qabiliyyəti və mühəndislik üzrə tətbiq oluna bilən tövsiyələr vermək bacarığı
Əla kommunikasiya və təqdimat bacarıqları
Güclü əməkdaşlıq bacarığı, çoxdisiplinli komandalarla effektiv işləyə bilmək
Mentorluq və bilik paylaşma qabiliyyəti vasitəsilə komanda bacarıqlarının inkişafını dəstəkləmək
Təşkilati bacarıqlar, eyni anda bir neçə aktiv layihənin (tapşırığın) idarə olunması qabiliyyəti
Müraciət üçün son tarix: 23.11.2026
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
