Vakansiya haqqında
Forever18 International baş ofisi Cənubi Koreyada yerləşən, inyeksion və qeyri-invaziv
estetik məhsulların istehsalı və distribusiyası sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdir. 27-dən çox
məhsuldan ibarət portfeli ilə 46 ölkədə fəaliyyət göstərir və 50-dən çox beynəlxalq distribütorla əməkdaşlıq edir.
Şirkətin beynəlxalq bazarlardakı uğurlu fəaliyyətinin göstəricilərindən biri olan ReMedium PDRN məhsulunun illik
satış həcmi artıq 1 milyon ədədi ötüb.
Azərbaycan ofisimizə beynəlxalq layihələrin, tədbirlərin və gündəlik iş proseslərinin
koordinasiyasını həyata keçirəcək təşəbbüskar, məsuliyyətli və nəticəyönümlü Layihə koordinatoru
axtarılır.
İş şəraiti
Əməkhaqqı: 1 500 AZN sabit aylıq maaş;
İş
yeri: Makro Park, Ülvi Bünyadzadə küçəsi, Bakı — Dədə Qorqud parkının yaxınlığı;
İş formatı: Ofisdaxili, tam ştat;
İş qrafiki: 5
günlük iş həftəsi, bazar ertəsi–cümə, 08:00–16:30;
Nahar fasiləsi: İş
saatlarına daxil olan 30 dəqiqə;
İstirahət günləri: Şənbə və
bazar;
Xarici ezamiyyətlər: Beynəlxalq sərgi və seminarlarda iştirak
tələb olunur;
İş üzrə kommunikasiya dilləri: İngilis və rus
dilləri.
İş təcrübəsi aidiyyatı üzrə minimum 3 il
Namizədə dair tələblər
İş proseslərini planlaşdırmaq, tapşırıqların icrasını izləmək və komandalar arasında
koordinasiyanı təmin etmək bacarığı;
Araşdırma aparmaq, məlumatları
təhlil etmək və sistemləşdirmək bacarığı;
Təqdimatlar, marketinq məzmunu
və işgüzar sənədlər hazırlamaq bacarığı;
Rəsmi yazışmaları və xarici
tərəfdaşlarla kommunikasiyanı peşəkar səviyyədə aparmaq bacarığı;
Microsoft Word, PowerPoint, Adobe Acrobat və Canva proqramlarında işləmək
bacarığı;
Xarici ezamiyyətlərə getməyə hazır olmaq.
Əsas kompetensiyalar
Güclü təşkilatçılıq və planlaşdırma bacarıqları;
Bir neçə işi paralel koordinasiya etmək və prioritetləri düzgün
müəyyənləşdirmək;
Detallara diqqət və icra müddətlərinə riayət
etmək;
Təşəbbüskarlıq, müstəqil işləmək və tapşırıqları nəticəyə
çatdırmaq;
Komanda və tərəfdaşlarla aydın, operativ ünsiyyət
qurmaq;
Dəyişən iş şəraitinə uyğunlaşmaq və problemlərin həllinə yönəlmiş
yanaşma;
İşgüzar etikaya və şirkət məlumatlarının məxfiliyinə riayət
etmək.
Dil bilikləri
İngilis dili: Səlis şifahi və yazılı, işgüzar yazışmalar və görüşlər aparmaq
səviyyəsində;
Rus dili: Səlis şifahi və yazılı, işgüzar yazışmalar və
görüşlər aparmaq səviyyəsində.
Vəzifənin məqsədi və əsas öhdəlikləri
Vəzifənin əsas məqsədi şirkətin beynəlxalq layihələrinin və gündəlik iş
proseslərinin planlı icrasını təmin etmək, komandalar və tərəfdaşlar arasında koordinasiyanı həyata
keçirməkdir.
Şirkətin beynəlxalq layihələrinin və gündəlik fəaliyyətinin
koordinasiyası, işlərin vaxtında və keyfiyyətlə tamamlanmasının izlənilməsi;
Beynəlxalq sərgi və seminarların təşkili, xarici ezamiyyətlərdə iştirak və şirkətin təmsil
edilməsi;
Kataloqlar, təqdimatlar və digər marketinq materialları üçün
araşdırmaların aparılması, məzmunun hazırlanması və yeni ideyaların təklif edilməsi;
Şirkətin rəsmi yazışmalarının və e-poçtlarının idarə olunması, rəhbərlik və xarici
tərəfdaşlarla işgüzar kommunikasiyanın aparılması;
Şirkətin
vebsaytlarının məzmununa və aktuallığına nəzarət, yenilənmə işlərinin koordinasiyası;
Bazar və sektor üzrə araşdırmaların aparılması, inkişaf təkliflərinin və rəhbərliyə müntəzəm
hesabatların hazırlanması.
İş təcrübəsi
Layihə koordinasiyası, tədbirlərin təşkili, inzibati işlər və ya marketinq dəstəyi
sahəsində təcrübə üstünlükdür;
Xarici tərəfdaşlarla işgüzar yazışmalar və
təşkilati işlər üzrə təcrübə üstünlükdür;
Təqdimatların və marketinq
materiallarının hazırlanması üzrə praktiki təcrübə üstünlükdür.
Sizi nə gözləyir?
Beynəlxalq komanda və müxtəlif ölkələrdən olan tərəfdaşlarla
iş;
Xarici ezamiyyətlər, beynəlxalq sərgi və seminarlarda
iştirak;
Şirkətin layihələrində və brendlərinin inkişafında aktiv
rol;
Layihə koordinasiyası, tədbirlərin təşkili və beynəlxalq
kommunikasiya istiqamətlərində peşəkar inkişaf imkanı.
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Project Coordinator” qeyd
etməkləMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Şirkətin rəsmi vebsaytları
www.forever18international.com
www.remediumkorea.com
www.ksbiokorea.com
www.jennerafiller.com
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
