Vakansiya haqqında
İş yeri: Bakı şəhəri və şirkətin həyata keçirdiyi layihə sahələri.
İşin xüsusiyyətindən asılı olaraq digər layihələrə ezamiyyət nəzərdə tutula bilər.
İş rejimi: 6 günlük iş həftəsi, tam ştat.
Təminatlar:
Nahar;
Korporativ
mobil nömrə.
Əməkhaqqı: Namizədin peşəkar bilik, bacarıq və təcrübəsinə
uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək.
Vəzifənin məqsədi
GM
Construction MMC tərəfindən həyata keçirilən premium otel, villa kompleksləri,
yaşayış, ofis və kommersiya obyektləri üzrə fit-out və daxili tamamlama
layihələrinin planlaşdırılmasına, təşkilinə və başlanğıcdan yekun təhvil-təslim
mərhələsinədək idarə edilməsinə rəhbərlik etmək.
Layihələrin
təsdiq edilmiş büdcə, icra qrafiki, texniki spesifikasiyalar, yüksək
keyfiyyət standartları və əməyin təhlükəsizliyi tələblərinə uyğun həyata
keçirilməsini təmin etmək.
Əsas vəzifə öhdəlikləri
Layihələrin planlaşdırılması və idarə edilməsi
İrihəcmli
premium otel, villa və digər təyinatlı obyektlərdə fit-out işlərinin bütün
mərhələlərinin planlaşdırılması, təşkili və icrasına rəhbərlik etmək;
Layihənin
təsdiq edilmiş memarlıq, interyer dizaynı, konstruktiv və mühəndislik sənədlərini
təhlil etmək, iş həcmlərini və icra strategiyasını müəyyənləşdirmək;
Layihə
üzrə əsas və mərhələli iş qrafiklərini, resurs və material təminatı
planlarını hazırlamaq və icrasına nəzarət etmək;
Paralel
icra olunan müxtəlif bina, villa və funksional zonalar üzrə işlərin
ardıcıllığını, prioritetlərini və koordinasiyasını təmin etmək;
Layihənin
kritik mərhələlərini, gecikmə risklərini və qarşılıqlı asılılıqları müəyyənləşdirmək,
zərurət olduqda bərpa planları hazırlamaq.
Fit-out və daxili tamamlama işlərinin texniki idarə edilməsi
Alçıpan
arakəsmələr, asma tavanlar, suvaq, boya, dekorativ üzlüklər, mərmər,
qranit, təbii daş, keramika, parket və digər döşəmə örtükləri, şüşə və
metal konstruksiyalar, qapılar, taxta və MDF elementləri, xüsusi sifarişli
mebel və digər daxili tamamlama işlərinin icrasına nəzarət etmək;
Premium
interyer layihələrində materialların, montaj texnologiyalarının və icra
keyfiyyətinin təsdiq edilmiş dizayn konsepsiyasına uyğunluğunu təmin etmək;
İşçi
çertyojları (Shop Drawings), texniki spesifikasiyaları, material nümunələrini
və təsdiq sənədlərini yoxlamaq;
İcra
zamanı yaranan texniki uyğunsuzluqları layihəçi, dizayner, sifarişçi və
aidiyyəti mühəndislərlə koordinasiya edərək həll etmək;
Təsdiq
edilmiş nümunə sahələrin (Mock-up) və etalon otaqların keyfiyyət
standartlarına uyğun hazırlanmasını və sonrakı işlərdə həmin standartların
tətbiqini təmin etmək.
MEP və digər mühəndislik sistemləri ilə koordinasiya
Fit-out
işlərinin HVAC, elektrik, santexnika, yanğın təhlükəsizliyi, zəif axın və
digər mühəndislik sistemləri ilə koordinasiyasını təmin etmək;
Memarlıq,
interyer və MEP layihələri arasındakı uyğunsuzluqları müəyyənləşdirmək,
onların icradan əvvəl aradan qaldırılmasını təşkil etmək;
Tavan,
divar və döşəmə konstruksiyalarının bağlanmasından əvvəl gizli mühəndislik
işlərinin, tələb olunan sınaqların və inspeksiyaların tamamlanmasını təmin
etmək;
Mühəndislik
sistemlərinin daxili tamamlama elementləri ilə texniki və estetik
uyğunluğuna nəzarət etmək.
Komanda və subpodratçıların idarə edilməsi
Layihə
mühəndisləri, sahə rəisləri, iş icraçıları, ustalar, ixtisaslaşmış
briqadalar və subpodratçıların fəaliyyətini idarə etmək;
Müxtəlif
obyektlər və iş zonaları üzrə resurs bölgüsünü və gündəlik işlərin
koordinasiyasını təşkil etmək;
Subpodratçıların
iş qrafiklərinə, müqavilə öhdəliklərinə, məhsuldarlığına və keyfiyyət göstəricilərinə
nəzarət etmək;
Gündəlik
və həftəlik koordinasiya iclaslarını təşkil etmək, icra prosesində yaranan
problemlərin operativ həllini təmin etmək.
Büdcə, iş həcmləri və xərclərə nəzarət
Layihənin
təsdiq edilmiş büdcəsinin icrasına nəzarət etmək, faktiki xərcləri
planlaşdırılmış göstəricilərlə müqayisə etmək;
İş həcmləri
cədvəllərini (BOQ), smeta sənədlərini, subpodratçıların təqdim etdiyi
görülmüş iş həcmlərini və ödəniş sənədlərini yoxlamaq;
Forma-2
və digər icra-ödəniş sənədlərinin hazırlanması və təsdiqi prosesini aidiyyəti
şöbələrlə koordinasiya etmək;
Əlavə
işləri, layihə dəyişikliklərini (Variations / Change Orders) və onların
büdcə və icra müddətinə təsirini qiymətləndirmək;
Material,
işçi qüvvəsi və digər resurslardan səmərəli istifadəni təmin etməklə layihə
xərclərinin optimallaşdırılmasına nail olmaq.
Material təchizatı və satınalma prosesləri
Premium
fit-out layihələrində istifadə edilən yerli və idxal materiallarının
texniki göstəricilərini, spesifikasiyalarını və keyfiyyət tələblərini
yoxlamaq;
Material
nümunələrinin (Material Samples) və texniki təqdimatların (Material
Submittals) təsdiq prosesini koordinasiya etmək;
Xüsusi
sifarişlə hazırlanan interyer elementləri, mebel, qapı, daş və dekorativ
materiallar üzrə istehsal və çatdırılma qrafiklərinə nəzarət etmək;
Uzun tədarük
müddətli materialların (Long-lead Items) layihə qrafikinə təsirini əvvəlcədən
qiymətləndirmək və gecikmələrin qarşısını almaq;
Təchizatçı,
istehsalçı və montaj komandaları arasında koordinasiyanı təmin etmək.
Keyfiyyətə nəzarət və SƏTƏM
Bütün
fit-out işlərinin təsdiq edilmiş layihə sənədlərinə, texniki
spesifikasiyalara və keyfiyyət standartlarına uyğun icrasını təmin etmək;
QA/QC
və SƏTƏM mütəxəssisləri ilə birlikdə yoxlama, inspeksiya və
uyğunsuzluqların aradan qaldırılması proseslərini koordinasiya etmək;
Premium
interyerlərdə səthlərin, birləşmələrin, montaj detallarının, rəng və
tekstura uyğunluğunun tələb olunan keyfiyyət səviyyəsində olmasına nəzarət
etmək;
Qüsurların,
təkrar işlərin və material itkilərinin minimuma endirilməsi üçün
qabaqlayıcı tədbirlər həyata keçirmək;
İşlərin
əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına uyğun aparılmasını təmin
etmək.
Sifarişçi, layihəçi və digər tərəflərlə koordinasiya
Sifarişçi,
memar, interyer dizayneri, baş podratçı, subpodratçı və texniki nəzarət
nümayəndələri ilə işgüzar əlaqələri idarə etmək;
Texniki
koordinasiya iclaslarında iştirak etmək, qəbul edilmiş qərarların icrasına
nəzarət etmək;
Texniki
sorğuların (RFI), layihə dəyişikliklərinin, material və çertyoj təsdiqlərinin
vaxtında tamamlanmasını təmin etmək;
Layihə
üzrə kritik texniki və təşkilati məsələləri rəhbərliyə vaxtında təqdim etmək
və həll yolları təklif etmək.
Hesabatlılıq və layihənin təhvil-təslimi
Layihənin
icra vəziyyəti, qrafikdən kənarlaşmalar, büdcə, material təminatı, risklər
və subpodratçıların fəaliyyəti üzrə mütəmadi hesabatlar hazırlamaq;
Görülmüş
işlərin qəbulunu, qüsurlar siyahısının (Snag List) hazırlanmasını və
qüsurların aradan qaldırılmasını təşkil etmək;
Faktiki
icra çertyojlarının (As-built), istismar və texniki xidmət sənədlərinin
(O&M Manuals), zəmanət və digər təhvil sənədlərinin hazırlanmasını təmin
etmək;
Otaqların,
villaların və funksional zonaların mərhələli təhvil planını hazırlamaq,
etalon nümunələrə uyğun yekun keyfiyyət yoxlamalarını və sifarişçiyə təhvil-təslim
prosesini təşkil etmək.
Tələblər
İnşaat
mühəndisliyi, memarlıq və ya müvafiq texniki ixtisas üzrə ali təhsil;
Tikinti
sahəsində minimum 8 il, o cümlədən fit-out layihələrinin idarə edilməsində
ən azı 5 il praktiki təcrübə;
Premium
otel, villa, yüksək səviyyəli yaşayış, ofis və ya kommersiya obyektlərində
fit-out işlərinin idarə edilməsi üzrə uğurlu layihə təcrübəsi;
Ən
azı bir irihəcmli fit-out layihəsini başlanğıcdan yekun təhvil-təslim mərhələsinədək
müstəqil idarə etmiş olmaq;
Daxili
tamamlama materialları, premium interyer həlləri və montaj texnologiyaları
üzrə dərin praktiki bilik;
Memarlıq,
interyer dizaynı, konstruktiv və MEP çertyojlarını sərbəst oxumaq və təhlil
etmək bacarığı;
Layihə
qrafiklərinin hazırlanması, büdcə və xərclərin idarə olunması,
subpodratçıların koordinasiyası üzrə praktiki təcrübə;
AutoCAD,
MS Office və MS Project proqramları ilə işləmək bacarığı; Primavera P6
proqramı üzrə bilik və təcrübə üstünlükdür;
BOQ,
Forma-2, Shop Drawings, Material Submittals, RFI və digər texniki sənədləşmə
prosesləri üzrə bilik və təcrübə;
Güclü
liderlik, təşkilatçılıq, danışıqlar aparma və operativ qərarvermə
bacarıqları;
Azərbaycan
dilində sərbəst ünsiyyət; ingilis və/və ya rus dili biliyi üstünlükdür.
Üstünlük veriləcək namizədlər:
Beynəlxalq
otel şəbəkələri, premium villa kompleksləri, yüksək səviyyəli yaşayış,
ofis və kommersiya obyektlərində irihəcmli fit-out layihələrinin idarə
edilməsi üzrə praktiki təcrübəyə malik, mürəkkəb interyer həlləri və yüksək
keyfiyyət standartları ilə işləmiş mütəxəssislər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
