Vakansiya haqqında
"KƏPƏZ BOKT" MMC problemli kreditlərin təqibi və yığımı üzrə kredit mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
Gündəlik problemli kredit siyahısını əldə etmək
Gündəlik gecikmədə olan kredit borcluları ilə əlaqə saxlamaq
Problemli kreditlərlə görülən işlər barədə aylıq əsaslarla uçotun aparılması
Kredit mütəxəssisləri tərəfindən monitorinqlərin vaxtında və düzgün aparılması işinin təşkili və nəzarət
Əmək funksiyalarından və daxili normativ sənədlərin tələblərindən irəli gələn digər vəzifələrin yerinə yetirilməsi
Namizədə olan tələblər:
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
Bank, lombard və ya BOKT-da iş təcrübəsi mütləqdir
Komanda ilə işləmək bacarığı və motivasiya
Peşəkar ünsiyyət qurma və danışıq vərdişləri
Kompüter bacarıqları
Yaş həddi: 25 yaşdan
Bu sahə üzrə sertifikatı olan mütəxəssislərə üstünlük veriləcək
İş şərtləri:
Əmək haqqı: 700–1000 AZN
Bonuslar – iş planının icrasına görə təyin olunan limitə əsasən
Namizədlərdən şəkilli CV-lərini mövzu hissəsində "Kredit Mütəxəssisi" qeyd edərək info@kepez-bokt.az ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
