Vakansiya haqqında
Supertoys komandamıza kreativ düşüncəli, yeniliklərə açıq, fərqli ideyalar yaratmağı
bacaran və sosial media trendlərini yaxından izləyən Kreativ kontent üzrə mütəxəssis
axtarırıq.
Namizədin əsas vəzifəsi brendin sosial media platformaları və marketinq kampaniyaları
üçün maraqlı, fərqli və diqqətçəkən kontent ideyaları, video ssenariləri və kreativ konseptlər hazırlamaq
olacaq.
Vəzifə öhdəlikləri:
Supertoys-un sosial media platformaları üçün kreativ video və kontent ideyalarının
hazırlanması;
TikTok, Instagram Reels və digər platformalar üçün video
ssenarilərinin yazılması;
Reklam çarxları, məhsul təqdimatları və
kampaniya videoları üçün yaradıcı konseptlərin hazırlanması;
Mövsümi
kampaniyalar, xüsusi günlər və brend layihələri üçün kreativ yanaşmaların işlənib hazırlanması;
Aktual trendlərin, viral formatların və sosial media yeniliklərinin araşdırılması və brendə
uyğunlaşdırılması;
Məhsulların fərqli, maraqlı və diqqətçəkən formada
təqdim edilməsi üçün ideyaların hazırlanması;
Reklam mətnləri, sloqanlar,
video girişləri (Hook) və çağırış mesajlarının yazılması;
Kontent
çəkilişləri üçün yaradıcı istiqamətin və ssenari strukturunun müəyyənləşdirilməsi;
Çəkiliş və montaj komandası ilə əməkdaşlıq edərək ideyaların reallaşdırılmasında iştirak
etmək;
Rəqiblərin kontent strategiyalarını izləmək və yeni kreativ həllər
təklif etmək;
Brendin tanınmasını, auditoriya marağını və sosial media
üzərindən satışları artıracaq kreativ layihələr təklif etmək.
Namizədə tələblər:
Kreativ düşüncə və güclü ideya yaratmaq bacarığı;
Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
Reklam və video ssenarilərinin hazırlanması üzrə bacarıq;
TikTok, Instagram Reels və digər sosial media platformalarının iş prinsipini
bilmək;
Sosial media trendlərini izləmək və onları yaradıcı formada
tətbiq etmək bacarığı;
Güclü müşahidə və araşdırma
qabiliyyəti;
Fərqli auditoriyalar üçün uyğun kommunikasiya dili
formalaşdırmaq bacarığı;
Komanda ilə işləmək və ideyalarını təqdim etmək
bacarığı;
Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü
olmaq.
Üstünlükdür:
Marketinq, reklam və ya kontent sahəsində iş təcrübəsi;
Reklam agentliklərində və ya kreativ komandada iş təcrübəsi;
Portfolio və əvvəlki ssenari nümunələrinin olması;
Təklif etdiyimiz şərtlər:
İş qrafiki: Tam iş günü;
Azərbaycan
Respublikası qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi;
Əmək haqqı:
Müsahibə əsasında müəyyən edilir.
Mövzu hissəsində “Kreativ kontent üzrə mütəxəssis”qeyd edərək
CV-niziMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
