Vakansiya haqqında
Təsvir
Məhsullar haqqında məlumatları etibarlı mənbələrdən toplayıb yoxlamaq, sayta, marketplace`lərdə və daxili sistemə daxil etmək;
Təsdiq olunmuş plana uyğun olaraq yeni məhsul və kateqoriyaları platformalarda yerləşdirmək;
Məhsul kartlarını hazırlamaq və təkmilləşdirmək - başlıqlar, unikal təsvirlər və məhsul xüsusiyyətlərini əlavə etmək;
Şəkil və infoqrafikaları hazırlamaq, redaktə etmək və platformalara yükləmək;
Məhsul səhifələrinin SEO elementləri, o cümlədən title və description üzərində işləmək;
ERP sistemində məhsul məlumatlarını emal etmək və məzmunu aktual saxlamaq.
İş şəraiti:
İş qrafiki: I-V günlər
İş yeri: Baş ofis
Tələblər
Elektron platformalarda kontentinin idarə edilməsi sahəsində ən azı 2 il iş təcrübəsi arzuolunandır;
Azərbaycan və rus dilində səlis yazı bacarığı, ingilis dili biliyi üstünlükdür;
Magento, Shopify, WooCommerce, OpenCart və ya digər CMS platformalarında biri ilə iş təcrübəsi;
Excel`də, o cümlədən böyük həcmli məlumatlarla işləmə bacarığı;
Adobe Photoshop, Adobe Illustrator və ya Canva ilə şəkillərin redaktəsi üzrə baza bilikləri arzuolunandır;
Diqqətlilik, məsuliyyət, işləri prioritetləşdirmək və son tarixlərə riayət etmək bacarığı;
Komanda ilə işləmək və yeni alətləri öyrənmək həvəsi.
Üstünlük veriləcək:
Gözəllik (beauty) və ya pərakəndə satış (retail) sahəsində ən azı 1-2 il iş təcrübəsi arzuolunandır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
