Vakansiya haqqında
Supertoys komandamıza Kreativ direktor axtarırıq!
Bizə sadəcə kontent hazırlayan deyil, sosial media üçün fərqli ideyalar düşünən,
trendləri yaradıcılıqla tətbiq edən, standart yanaşmalardan kənara çıxan və TikTok səhifələrini izlənilən, danışılan
və yadda qalan platformalara çevirə bilən yaradıcı lider lazımdır.
Əgər sənin üçün kreativlik sadəcə gözəl video çəkmək deyil, insanları təəccübləndirmək,
güldürmək, maraqlandırmaq və brendi danışdırmaqdırsa, komandamıza qoşul!
Vəzifə öhdəlikləri
Supertoys-un TikTok səhifələri üçün kreativ strategiya və ideyalar
hazırlamaq;
Səhifələrin izləyici sayını, əhatə dairəsini və aktivliyini
artıracaq qeyri-standart kontent konsepsiyaları yaratmaq;
Viral ola
biləcək video ideyaları, kreativ rubrikalar, challenge-lər və layihələr hazırlamaq;
TikTok trendlərini, internet memlərini və aktual mövzuları analiz edərək brendə
uyğunlaşdırmaq;
Kontent üçün kreativ ssenarilər, süjetlər və qeyri-adi
təqdimat formatları hazırlamaq;
Kontent meykerlər, ssenaristlər,
videoqraflar, montajçılar və SMM komandası ilə birlikdə işləmək;
Kreativ
komandanın işinə rəhbərlik etmək, tapşırıqları bölüşdürmək və ideyaların icrasına nəzarət
etmək;
Rəqib səhifələri və beynəlxalq brendlərin kreativ yanaşmalarını
araşdırmaq, yeni ideyalar tətbiq etmək;
Sosial media səhifələrində fərqli
kontent üslubu və tanınan kommunikasiya dili formalaşdırmaq;
Hazırlanan
kontentin nəticələrini analiz etmək, uğurlu formatları inkişaf etdirmək;
Namizədə tələblər
Kreativ düşüncə və güclü ideya yaratmaq bacarığı;
TikTok platformalasının dinamikasını, alqoritmlərini və trendlərini yaxşı
bilmək;
Viral kontent mexanizmlərini anlamaq və uğurlu nümunələri analiz
etmək bacarığı;
Ssenari və kontent konsepsiyaları hazırlamaq
təcrübəsi;
Komanda idarəetmə və liderlik bacarığı;
Fərqli auditoriyalar üçün maraqlı və diqqətçəkən ideyalar yaratmaq
qabiliyyəti;
Operativ qərarvermə və təşəbbüskarlıq;
Kamera qarşısında işləmək və çəkiliş proseslərini idarə etmək bacarığı.
Portfolio və ya əvvəlki kreativ layihələrdən nümunələrin olması.
Əməkhaqqı intervyu əsasında namizədin təcrübəsinə əsasən təyin
olunacaq.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
