Vakansiya haqqında
Titan Group komandası istehsal olunan soyuducu sistemlərin və peşəkar mətbəx
avadanlıqlarının keyfiyyətinə nəzarət prosesini həyata keçirəcək, texniki standartlara və müəyyən edilmiş tələblərə
uyğunluğu təmin edəcək məsuliyyətli və təcrübəli namizədləri işə dəvət edir.
Əsas vəzifə və öhdəliklər:
İstehsal olunan soyuducu avadanlıqların və peşəkar mətbəx avadanlıqlarının
keyfiyyətinə nəzarətin həyata keçirilməsi;
Paslanmayan polad (inox),
metal konstruksiyalar və digər istifadə olunan materialların keyfiyyətinin yoxlanılması;
Metal kəsmə, bükmə, qaynaq, cilalama və yığım proseslərinin texniki tələblərə uyğunluğuna
nəzarət edilməsi;
İstehsal prosesinin müxtəlif mərhələlərində məhsulların
ölçü, forma, konstruksiya və texniki göstəricilərinin yoxlanılması;
Qaynaq tikişlərinin, birləşmələrin, səthlərin və konstruktiv elementlərin keyfiyyətinin
qiymətləndirilməsi;
Soyuducu avadanlıqlarda qapı, korpus, izolyasiya,
soyutma sistemi və digər komponentlərin keyfiyyətinə nəzarət edilməsi;
Hazır məhsulların texniki tapşırıqlara, çertyojlara və müəyyən edilmiş standartlara
uyğunluğunun yoxlanılması;
İstehsal zamanı aşkar edilən qüsur və
uyğunsuzluqların səbəblərinin müəyyənləşdirilməsi və aradan qaldırılması üçün tədbirlərin
görülməsi;
Keyfiyyətə nəzarət prosedurlarının hazırlanması və
təkmilləşdirilməsi;
Hazır məhsulların son yoxlamasının aparılması və
keyfiyyət hesabatlarının rəhbərliyə təqdim edilməsi.
Namizədə dair tələblər:
Texniki sahə üzrə ali və ya orta ixtisas təhsili (maşınqayırma, metal emalı,
mexanika, materialşünaslıq və digər uyğun ixtisaslar);
İstehsalat
müəssisələrində keyfiyyətə nəzarət sahəsində minimum 2-3 il iş təcrübəsi;
Metal emalı və paslanmayan polad materialların xüsusiyyətləri barədə
biliklər;
Qaynaq, metal kəsmə, bükmə və yığım prosesləri haqqında texniki
biliklər;
Texniki çertyojları və ölçü göstəricilərini oxuma
bacarığı;
Ölçü və yoxlama alətlərindən istifadə
bacarığı;
ISO 9001 keyfiyyət idarəetmə standartı üzrə
biliklər;
Analitik düşünmə, diqqətlilik və problem həll etmə
bacarığı;
Müstəqil işləmək və məsuliyyət daşımaq
qabiliyyəti.
Üstünlük hesab olunur:
Soyuducu avadanlıqların və peşəkar mətbəx avadanlıqlarının istehsalında
təcrübə;
Paslanmayan polad (AISI 304, AISI 430 və s.) markaları üzrə
biliklər;
Qaynaq tikişlərinin vizual və ölçü nəzarəti üzrə
təcrübə;
Texniki çertyojlar və istehsalat spesifikasiyaları ilə işləmək
bacarığı;
ISO 9001 üzrə auditor və ya müvafiq təlim sertifikatlarının
olması.
İş şərtləri:
Əmək haqqı: Müsahibə əsasında, namizədin bilik və təcrübəsinə uyğun olaraq müəyyən
ediləcək;
Stabil iş şəraiti;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
Nahar: Şirkət tərəfindən təmin olunur.
İş qrafiki və ünvan:
İş qrafiki: Həftəiçi 5 gün, 09:00–18:00;
İş ünvanı: Binə qəsəbəsi.
Vakansiya ilə maraqlanan namizədlər CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərə bilərlər. Müraciət zamanı elektron məktubun mövzu hissəsində aşağıdakı qeydiyyat formasından
istifadə edilməsi xahiş olunur: “Keyfiyyətə Nəzarət üzrə Menecer / Baş mütəxəssis”
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
