Vakansiya haqqında
Təsvir
Şirkətə
daxil olan tikinti materialları, mağaza avadanlıqları, soyuducu sistemlər,
metal konstruksiyalar, mebel, POS avadanlıqları, reklam materialları və
digər qeyri-ticari malların qəbul zamanı keyfiyyətə uyğunluğunu yoxlamaq;
Malların
satınalma sifarişləri, müqavilələr, texniki spesifikasiyalar, layihə sənədləri
və təsdiq edilmiş standartlara uyğunluğunu qiymətləndirmək;
Məhsulların
ölçülərini, texniki göstəricilərini, komplektliyini, funksionallığını,
markalanmasını və fiziki vəziyyətini yoxlamaq;
Təchizatçılar
tərəfindən təqdim olunan məhsulların keyfiyyət sertifikatlarını, uyğunluq
sənədlərini, zəmanət sənədlərini və texniki pasportlarını yoxlamaq;
Aşkar
edilmiş qüsurlar, zədələr və texniki uyğunsuzluqlar üzrə uyğunsuzluq
aktları hazırlamaq, sübut bazasını (foto, video və s.) formalaşdırmaq və
aidiyyəti struktur bölmələri ilə koordinasiyalı şəkildə həllini təmin etmək;
Təchizatçıların
keyfiyyət göstəricilərini izləmək, təkrarlanan uyğunsuzluqları analiz etmək
və performansın yaxşılaşdırılması üçün təkliflər hazırlamaq;
Tikinti
materialları və avadanlıqlar üzrə qəbul proseslərinin daxili prosedurlara
və keyfiyyət standartlarına uyğun icrasına nəzarət etmək;
Aylıq
keyfiyyət göstəricilərini təhlil etmək, rəhbərlik üçün analitik hesabatlar
hazırlamaq və proseslərin optimallaşdırılması üzrə təşəbbüslərlə çıxış etmək;
İş qrafiki: 5 gün, 09:00-18:00
Tələblər
Ali təhsil
(İnşaat mühəndisliyi, Sənaye mühəndisliyi, Mexanika mühəndisliyi, Keyfiyyətin
idarə olunması, Logistika və ya digər uyğun ixtisaslar üzrə);
Tikinti
materialları, avadanlıqların qəbulu, texniki nəzarət və ya keyfiyyətə nəzarət
sahəsində minimum 1 il iş təcrübəsi;
Tikinti
materiallarının, mağaza avadanlıqlarının və texniki məhsulların xüsusiyyətləri
barədə biliklər;;
MS
Excel proqramını yaxşı səviyyədə bilmək ;
Analitik
düşünmə, detallara diqqət və qərarvermə bacarığı;
Güclü
ünsiyyət, koordinasiya və komandada işləmək bacarığı;
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar
təminatı
korporativ
nömrə ilə təmin olunur
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
