Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Andersen MMC →

Java Trainee

1000 – 1100 AZN

BakıMənbə: HRIN.az

Vakansiya haqqında

Əmək haqqı : 1000 - 1100 AZN İş barədə məlumat:Beynəlxalq İT autsorsinq bazarının liderlərindən biri olan Andersen şirkəti Azərbaycanda (ofis: Bakı) gələcəkdə işlə təmin olunma imkanı daşıyan eksklüziv Java təlim proqramı təklif edir! Andersen şirkəti əməkdaşlarının sürətli və peşəkar inkişafı, bacarıqlarının artırılması ilə yaxından maraqlanır və hər zaman buna vaxt və vəsait ayrılmasına hazırdır. Bu səbəbdən rəqabət üstünlüyümüz əməkhaqqının və vəzifə dərəcəsinin sürətli artımıdır. Şərtlər: • Təcrübəli təlimçilərin rəhbərliyi altında təlim layihəsində praktika; • Təcrübəçinin bilik səviyyəsinin yoxlanılması və rəy verilməsi; • Ofisdə təlim formatı; • Korporativ ingilis dili kursları; • Şirkətin daxili təlim proqramına (öz təhsil platforması) çıxış; • Şirkətin fəal korporativ həyatında iştirak. Andersen təcrübəçisi aşağıdakılara arxalana bilər: • Mentorların yüksək peşəkarlığı; • Təlim zamanı diqqətli və qayğıkeş münasibət; • Təlim prosesində və sonradan kommersiya layihəsinə qoşularkən dəstək və kömək; • Təlimi uğurla başa vurduqdan sonra zəmanətli işlə təminat. Andersen İT sahəsində başlamaq və inkişaf etmək üçün əla fürsətdir!

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.