Vakansiya haqqında
Vəzifə funksiyaları• Java əsaslı proqram təminatı sistemlərinin hazırlanması, inkişaf etdirilməsi və dəstəklənməsi;• Biznes tələblərinin analiz edilməsi və texniki həllərin hazırlanmasında iştirak;• Yeni funksionallıqların hazırlanması və mövcud funksionallıqların təkmilləşdirilməsi;• REST API və digər inteqrasiya həllərinin hazırlanması;• Verilənlər bazası ilə qarşılıqlı əlaqənin hazırlanması və optimallaşdırılması;• Mövcud sistemlərin kod bazasının analiz edilməsi və refaktorinq işlərinin aparılması;• Proqram təminatında yaranan texniki problemlərin araşdırılması və aradan qaldırılması;• Tətbiqlərin performans və dayanıqlığının təmin edilməsində iştirak;• Unit və Integration testlərin hazırlanması;• Code Review proseslərində iştirak;• CI/CD proseslərinin tətbiqində və təkmilləşdirilməsində iştirak;• Texniki sənədlərin hazırlanması və aktuallaşdırılması;• Digər proqramçı, analitik, QA və infrastruktur komandaları ilə sıx əməkdaşlıq;• Müəyyən edilmiş development, security və architecture standartlarına riayət etmək;• Junior proqramçıların texniki inkişafına dəstək göstərmək. Yumşaq bacarıqlarProblem həlletməDetallara diqqətUyğunlaşmaDigər şərtlərTexniki bilik və bacarıqlar• Java SE və OOP prinsipləri üzrə güclü bilik;• SOLID, Design Patterns və Clean Code prinsipləri üzrə praktiki təcrübə;• Java Collections, Exception Handling, Multithreading/Concurrency və digər əsas Java mexanizmləri üzrə yaxşı bilik;• Spring Framework və Spring Boot ilə peşəkar iş təcrübəsi;• REST API-lərin hazırlanması və inteqrasiyası üzrə təcrübə;• Mikroservis arxitekturası və servis əsaslı tətbiqlərin hazırlanması üzrə anlayış və praktiki təcrübə;• Relational verilənlər bazaları ilə işləmə üzrə yaxşı bilik;• Oracle, PostgreSQL relational database-lərdən biri ilə praktiki iş təcrübəsi;• SQL üzrə yaxşı bilik, mürəkkəb sorğuların yazılması və optimallaşdırılması bacarığı;• JPA/Hibernate və ya digər ORM texnologiyaları ilə iş təcrübəsi;• Git ilə işləmə və version control prinsipləri üzrə bilik;• Maven və ya Gradle ilə işləmə təcrübəsi;• Unit və Integration Testing üzrə praktiki bilik;• JSON, HTTP/HTTPS və web servis texnologiyaları üzrə yaxşı bilik;• Docker və container texnologiyaları üzrə praktiki təcrübə;• CI/CD prosesləri və müvafiq alətlər haqqında bilik;• Linux əməliyyat sistemi mühitində işləmə bacarığı;• Message Broker texnologiyaları, məsələn Kafka və ya RabbitMQ ilə iş təcrübəsi;• Redis və digər caching mexanizmləri üzrə anlayış;• Logging, monitoring və application troubleshooting üzrə anlayış;• Proqram təminatı arxitekturası və inteqrasiya prinsipləri haqqında yaxşı anlayış. Dil biliyiAzərbaycan - Mükəmməlİngilis - Orta
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
