Vakansiya haqqında
Şirkətimizin İT avadanlıqları, proqram təminatları və texnoloji xidmətlər üzrə satınalma
proseslərini idarə edəcək İT satınalmaları üzrə mütəxəssis axtarırıq.
Əsas vəzifələr
İT avadanlıqları, proqram təminatları, lisenziyalar və texniki xidmətlər üzrə
satınalma sorğularını qəbul etmək və icrasını təmin etmək;
İT şöbəsi ilə
birlikdə texniki tələbləri və satınalma ehtiyaclarını dəqiqləşdirmək;
Yerli və xarici təchizatçıları araşdırmaq, qiymət təklifləri toplamaq və müqayisəli təhlil
hazırlamaq;
Təklifləri qiymət, texniki uyğunluq, keyfiyyət, zəmanət,
çatdırılma müddəti və ödəniş şərtləri üzrə qiymətləndirmək;
Təchizatçılarla danışıqlar aparmaq, uyğun kommersiya şərtlərini
razılaşdırmaq;
Sifarişlərin rəsmiləşdirilməsini, müqavilələrin
razılaşdırılmasını və çatdırılma prosesini əlaqələndirmək;
Proqram
təminatı və abunəliklər üzrə lisenziya müddətlərini və yenilənmə tarixlərini izləmək;
Satınalma sənədlərinin düzgünlüyünə nəzarət etmək, maliyyə və digər aidiyyəti şöbələrlə
koordinasiyanı təmin etmək;
Təchizatçı bazasını yeniləmək və onların
fəaliyyətini qiymətləndirmək;
Satınalma xərcləri üzrə hesabatlar
hazırlamaq və optimallaşdırma imkanlarını müəyyənləşdirmək.
Namizədə tələblər
İqtisadiyyat, biznesin idarə edilməsi, logistika, informasiya texnologiyaları və ya
əlaqəli sahə üzrə ali təhsil;
Satınalma sahəsində minimum 2
il iş təcrübəsi; İT satınalmaları üzrə təcrübəyə üstünlük verilir;
Kompüter, noutbuk, server, şəbəkə avadanlıqları və periferik qurğuların əsas texniki
göstəricilərini anlamaq;
Proqram təminatı, lisenziyalaşdırma və abunəlik
modelləri haqqında ümumi biliklər;
Təchizatçıların araşdırılması,
kommersiya təkliflərinin müqayisəsi və danışıqların aparılması bacarığı;
Müqavilə, sifariş, hesab-faktura və digər satınalma sənədləri ilə işləmək
bacarığı;
MS Excel-də müqayisə cədvəlləri və hesabatlar hazırlamaq
bacarığı;
Azərbaycan dilində sərbəst ünsiyyət və işgüzar yazışma
bacarığı;
İngilis dilində texniki sənədləri və kommersiya təkliflərini
anlamaq, işgüzar yazışma aparmaq bacarığı;
Analitik düşüncə, detallara
diqqət, məsuliyyət və vaxtın düzgün idarə edilməsi.
Üstünlük verilən bilik və təcrübə
Xarici təchizatçılarla əməkdaşlıq və idxal prosesləri haqqında
biliklər;
Bulud xidmətləri, informasiya təhlükəsizliyi həlləri və
korporativ proqram təminatlarının satınalınması üzrə təcrübə;
Tender və
təklif sorğularının hazırlanması təcrübəsi;
Satınalmanın yalnız ilkin
qiymətini deyil, istifadə, xidmət və yenilənmə xərclərini də müqayisə etmək bacarığı.
İş şəraiti
İş yeri: Techtonas MMC, Çinar park biznes mərkəzi
İş qrafiki: 1-5 gün, 09:00-18:00
İş formatı:
Ofisdaxili
Əməkhaqqı: 1000-1500 Azn (müsahibə əsasında təyin
ediləcək)
Əlavə təminatlar: Korporativ nömrə
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
