Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi)

Satınalma üzrə mütəxəssis (dövlət satınalmaları)

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Dövlət satınalmaları üzrə mütəxəssis vakansiyası üçün dövlət qurumunda peşəkar iş imkanı təqdim olunur. Vəzifə öhdəlikləri Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanununa və digər müvafiq normativ hüquqi aktlara uyğun şəkildə dövlət satınalmalarının təşkili və həyata keçirilməsi prosesində iştirak etmək; İllik satınalma planının hazırlanması üçün struktur bölmələrdən daxil olan mal, iş və xidmət tələbatlarının toplanması, sistemləşdirilməsi və təhlilində iştirak etmək; Satınalma prosedurları üzrə elanların, şərtlər toplusunun, texniki tapşırıqların və digər zəruri sənədlərin hazırlanmasında iştirak etmək; Satınalma predmetlərinin ehtimal olunan qiymətlərinin müəyyənləşdirilməsi üçün bazar araşdırmalarının aparılmasında, qiymət təkliflərinin toplanmasında və müqayisəli təhlilində iştirak etmək; Dövlət satınalmalarının vahid internet portalı (www.etender.gov.az) vasitəsilə satınalma prosedurlarına aid sənədlərin yerləşdirilməsini, məlumatların daxil edilməsini və müvafiq əməliyyatların icrasını təmin etmək; Satınalma prosedurlarında iştirak edən təchizatçıların təqdim etdiyi sənədlərin tamlığını, düzgünlüyünü və qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğunluğunu ilkin qaydada yoxlamaq; Satınalma komissiyasının fəaliyyəti ilə bağlı sənədlərin, iclas protokollarının və digər materialların hazırlanması və rəsmiləşdirilməsində iştirak etmək; Satınalma prosedurları üzrə daxil olan sorğuların qeydiyyatını aparmaq və aidiyyəti struktur bölmələrlə əlaqələndirməklə cavablandırılması üçün zəruri məlumatları hazırlamaq; Satınalma prosedurlarının nəticələrinə əsasən müqavilə layihələrinin hazırlanmasında, razılaşdırılmasında və müqavilələrin icrasına dair məlumatların toplanmasında iştirak etmək; Satınalma proseslərində şəffaflıq, rəqabətlilik, obyektivlik, səmərəlilik və məxfilik prinsiplərinə riayət etmək; Fəaliyyət istiqamətinə uyğun olaraq şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək. Namizədə tələblər Ali təhsil (iqtisadiyyat, maliyyə, idarəetmə, hüquq və digər müvafiq ixtisaslar üzrə təhsil üstünlükdür); Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi; Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanununu və müvafiq normativ hüquqi aktları bilmək; Dövlət satınalmalarının vahid internet portalında sərbəst işləmək bacarığı; Rəqəmsal Dövlət Maliyyəsi İnformasiya Sisteminin “E-Müqavilə” altsistemində sərbəst işləmək bacarığı. Təklif olunur Stabil əmək haqqı (müsahibə əsasında, 1500-2000 AZN); Peşəkar inkişaf; Dövlət layihələrində iştirak etmək imkanı. Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan dilində hazırlanmış CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsində “Satınalma üzrə mütəxəssis” yazılması xahiş olunur. Seçim müsahibə yolu ilə aparılır.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.