Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

ABB →

İstifadəçi təcrübəsi və dizayn ekspert mərkəzinə UX araşdırmaçı

Razılaşma ilə

Şəhər göstərilməyibMənbə: Hellojob.az

Vakansiya haqqında

Görəcəyiniz işlər: Məhsul sahibi və dizayn komandası ilə birlikdə tədqiqat məqsədlərini və suallarını müəyyənləşdirmək; Kəmiyyət və keyfiyyət tədqiqat metodlarından (anketlər, istifadəçi müsahibələri, fokus qrupları və s.) istifadə etməklə istifadəçilərin ehtiyaclarını, davranışlarını və qarşılaşdıqları problemləri öyrənmək; İstifadəyə yararlılıq testlərini (Usability Testing) planlaşdırmaq, həyata keçirmək və nəticələrini təhlil etmək; Fərziyyələrin yoxlanılması və A/B testlərinin hazırlanmasında, eləcə də nəticələrinin təhlilində iştirak etmək; CJM (Customer Journey Map), User Flow, Mind Map, Task Analysis və İnformasiya Arxitekturası kimi tədqiqat alətlərindən istifadə etmək; Google Analytics, Hotjar, Mixpanel və digər analitik alətlər vasitəsilə istifadəçi davranışlarını təhlil etmək; İstifadəçilərdən daxil olan rəyləri təhlil etmək və məhsulun təkmilləşdirilməsi ilə bağlı tövsiyələr vermək; Tədqiqat nəticələrini və əldə olunan əsas məlumatları (insight-ları) dizayn və məhsul komandalarına anlaşıqlı formada təqdim etmək; Dizayn sprintlərində və məhsulun inkişafı prosesində iştirak etmək; Rəqəmsal məhsul komandası ilə fəal əməkdaşlıq etmək və effektiv kommunikasiya qurmaq; Tədqiqat məlumat bazasının (Research Repository) yaradılması və idarə olunmasında iştirak etmək; Agile və digər iş proseslərinə uyğun olaraq tədqiqat fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək. Bizim üçün uyğun namizəd: Ali təhsilə; Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilən, rus dili biliyinə (üstünlükdür); Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsinə; Analitik alətlər (Google Analytics, Hotjar, Mixpanel, Amplitude) və tədqiqat alətləri (Figma, Miro, Maze) üzrə yaxşı biliklərə; Kəmiyyət və keyfiyyət tədqiqat metodları (anketlər, fokus qrupları, istifadəçi müsahibələri və s.) üzrə bilik və təcrübəyə; İstifadəyə yararlılıq testlərinin planlaşdırılması, həyata keçirilməsi və təhlili üzrə təcrübəyə; A/B testlərinin aparılması və fərziyyələrin yoxlanılması üzrə təcrübəyə; Dizayn komandaları və məhsul sahibləri ilə işləmək bacarığına; Komandada işləmək bacarığına; Müştəriyönümlü düşüncə tərzinə; Effektiv ünsiyyət qurmaq bacarığına; Təqdimat bacarığına; Analitik düşünmə qabiliyyətinə sahib olan şəxsdir.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Müştəri təcrübəsi üzrə menecer

Kontakt Home

Maaş göstərilməyib

Şəhər
Şəhər göstərilməyib
İş qrafiki
Qrafik göstərilməyib
Təcrübə
Təcrübə tələbi göstərilməyib
Əlavə tələblər
İş sahəsi
Satış, Pərakəndə və Müştəri Xidmətləri
JobSearch.az Aktiv vakansiya
Ətraflı

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.