Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

ABB

Məhsul marketinqi ekspert mərkəzinə mütəxəssis / aparıcı mütəxəssis

Şəhər göstərilməyibMənbə: Hellojob.az

Vakansiya haqqında

Görəcəyiniz işlər: • Veb-saytın inkişaf planını hazırlamaq, prioritetləri müəyyənləşdirmək və icrasını koordinasiya etmək; • Saytın gündəlik fəaliyyətini və inkişafını idarə etmək, kontentin mütəmadi dərcini və aktuallığını təmin etmək; • Saytın inkişaf layihələri üzrə tələbləri və tapşırıqları formalaşdırmaq, yeni funksionallıqların tətbiqini, müxtəlif komandalar və xarici tərəfdaşlarla əməkdaşlığı, icra müddətlərini və nəticələrin keyfiyyətini idarə etmək; • Orqanik trafikin və oxucu auditoriyasının artırılması üçün SEO strategiyasını və fəaliyyət planını hazırlamaq, icrasını izləmək; • Açar söz, axtarış niyyəti və rəqib təhlilləri apararaq trafik potensialı olan mövzuları müəyyənləşdirmək; • İstifadəçilərin maraqları, axtarış tələbi və mövsümi trendlər əsasında kontent planı hazırlamaq, əlaqəli mövzular üzrə məqalə qrupları formalaşdırmaq; • Kopirayterlərə və kontent vendorlarına məqalə brifləri hazırlamaq, materialların keyfiyyətinə, oxunaqlılığına və SEO tələblərinə uyğunluğuna nəzarət etmək; • Mövcud məqalələrin nəticələrini təhlil etmək, yenilənməsi və optimallaşdırılması üçün imkanları müəyyənləşdirmək; • Səhifə başlıqları, meta təsvirlər, başlıq strukturu, şəkillər və daxili keçidlər daxil olmaqla səhifədaxili SEO işlərini həyata keçirmək; • Texniki SEO auditləri aparmaq, aşkarlanan problemlərin aradan qaldırılması üçün proqramçılar və vendorlarla işi koordinasiya etmək; • Ahrefs, Google Search Console və Google Analytics 4 vasitəsilə orqanik trafik, axtarış görünürlüyü, kliklər, CTR və oxucu davranışlarını təhlil etmək, mütəmadi hesabatlar hazırlamaq; • Saytda naviqasiyanı, əlaqəli məqalələrin təqdimatını və istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün təkliflər vermək; • Saytın inkişaf layihələri üzrə tələbləri və tapşırıqları formalaşdırmaq, yeni funksionallıqların tətbiqini, müxtəlif komandalar və xarici tərəfdaşlarla əməkdaşlığı, icra müddətlərini və nəticələrin keyfiyyətini idarə etmək. Bizim üçün uyğun namizəd: • Ali təhsilə sahib olan (marketinq, kommunikasiya, biznesin idarə edilməsi, informasiya texnologiyaları və ya əlaqəli sahələr üzrə təhsil arzuolunandır); • SEO və veb-saytların idarə edilməsi sahəsində minimum 2 il praktiki iş təcrübəsinə sahib olan; • SEO üzrə həyata keçirdiyi layihələri, şəxsi töhfəsini və əldə etdiyi ölçülə bilən nəticələri əks etdirən portfolioya sahib olan — müraciət zamanı portfolionun təqdim edilməsi mütləqdir; • Ahrefs və Google Search Console alətləri ilə sərbəst işləmə bacarığına sahib olan; • Açar söz araşdırması, axtarış niyyətinin təhlili, texniki SEO, səhifədaxili və səhifədənkənar optimallaşdırma üzrə praktiki biliklərə sahib olan; • SEO əsaslı kontent planları və məqalə brifləri hazırlamaq, mövcud kontentin effektivliyini qiymətləndirmək bacarığına sahib olan; • Vendorlarla işləmək, tapşırıqların icrasını koordinasiya etmək və bir neçə iş istiqamətini paralel idarə etmək təcrübəsinə sahib olan; • WordPress, Strapi və ya digər CMS platformaları ilə işləmə bacarığına sahib olan; • Google Tag Manager üzrə fundamental biliklərə sahib olan; • Azərbaycan və ingilis dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarıqlarına sahib olan; • Analitik düşünmə, təşəbbüskarlıq, detallara diqqət, planlaşdırma və prioritetləşdirmə bacarıqlarına sahib olan; • Bloq, onlayn jurnal və ya geniş kontent bazası olan platformalarda orqanik trafikin artırılması təcrübəsinə sahib olan namizədlərə üstünlük verilir; • Google Ads və Meta Ads üzrə bilik və praktiki təcrübəyə sahib olan şəxsdir.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.