Vakansiya haqqında
Avant Group komandamıza yeni əməkdaş axtarırıq!
İnsan resurslarının idarə edilməsi sahəsində təcrübəli, ünsiyyət və təşkilatçılıq
bacarıqları güclü, işə qəbul və yeni əməkdaşların adaptasiyası proseslərini müstəqil idarə edə bilən mütəxəssis
axtarırıq.
Əsas vəzifə öhdəlikləri
Şirkətin struktur bölmələri üzrə işçi tələbatının müəyyənləşdirilməsi və vakansiya
sorğularının koordinasiyası;
Vakansiyalar üzrə namizədlərin axtarışı,
CV-lərin təhlili və ilkin seçim prosesinin həyata keçirilməsi;
İş
elanlarının hazırlanması və müvafiq platformalarda yerləşdirilməsi;
Namizədlərlə ilkin müsahibələrin keçirilməsi və qiymətləndirilməsi;
Struktur rəhbərləri ilə müsahibələrin təşkili və koordinasiyası;
Seçilmiş namizədlərə iş təkliflərinin hazırlanması və təqdim edilməsi;
İşə qəbul üçün tələb olunan sənədlərin toplanması və rəsmiləşdirmə prosesinin
koordinasiyası;
Yeni əməkdaşların şirkətə inteqrasiyası və adaptasiya
prosesinin təşkili;
Sınaq müddətinin qiymətləndirilməsi prosesinin
koordinasiyası;
İşə qəbul və adaptasiya prosesləri üzrə hesabatların
hazırlanması və məlumat bazasının yenilənməsi.
Namizədə dair tələblər
Ali təhsil;
HR sahəsində minimum 3-5 il
iş təcrübəsi;
İşə qəbul və adaptasiya prosesləri üzrə praktiki bilik və
təcrübə;
Müsahibələrin aparılması və namizədlərin qiymətləndirilməsi
bacarığı;
Əmək qanunvericiliyi üzrə ilkin biliklər;
MS Office proqramları, xüsusilə Excel üzrə yaxşı biliklər;
Yüksək kommunikasiya, planlaşdırma və təşkilatçılıq bacarıqları;
Analitik düşünmə və komanda ilə işləmək bacarığı;
Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı. Rus və ingilis dillərini bilmək
üstünlükdür.
İş şəraiti
İş yeri: Çıraq Plaza;
Əməkhaqqı:
1500–2000 AZN (net);
İş rejimi: 5 günlük iş həftəsi;
Əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun
rəsmiləşdirilir.
Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “İşə qəbul və yeni əməkdaşların
adaptasiyası üzrə mütəxəssis” qeyd etməklə Müraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına təqdim etmələri xahiş
olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
