Vakansiya haqqında
Əsas vəzifələr
İstifadəçilərə gündəlik texniki dəstək göstərmək, yaranan texniki problemləri operativ şəkildə araşdırmaq və həll etmək;
Windows 10/11 əməliyyat sistemlərinin quraşdırılması, sazlanması və diaqnostikasını həyata keçirmək;
Kompüter, printer, skaner və digər periferik avadanlıqların quraşdırılmasını, sazlanmasını və texniki işlək vəziyyətdə saxlanılmasını təmin etmək;
Active Directory üzərindən istifadəçi hesablarının yaradılması, idarə edilməsi, parolların sıfırlanması və digər əməliyyatları həyata keçirmək;
Şəbəkə bağlantıları, VPN, DNS, DHCP və TCP/IP ilə bağlı yaranan problemləri araşdırmaq və aradan qaldırmaq;
MS Office, Outlook, Teams və digər ofis proqramlarının quraşdırılması və sazlanmasını təmin etmək;
İstifadəçilərdən daxil olan texniki müraciətləri tiket sistemi vasitəsilə qeydiyyata almaq, izləmək və vaxtında cavablandırmaq;
Zərurət yarandıqda uzaqdan qoşulma proqramları vasitəsilə istifadəçilərə texniki dəstək göstərmək;
İT avadanlıqlarının inventar uçotunun aparılmasında və texniki vəziyyətinin izlənilməsində iştirak etmək;
İstifadəçilər üçün texniki təlimatların hazırlanmasına və bilik bazasının yenilənməsinə dəstək olmaq;
Rəhbərlik tərəfindən verilən digər müvafiq tapşırıqları yerinə yetirmək.
Tələblər
Texniki dəstək, Helpdesk və ya oxşar sahə üzrə minimum 3 il iş təcrübəsi;
Windows 10/11 əməliyyat sistemlərinin quraşdırılması, sazlanması və diaqnostikası üzrə əla biliklər;
TCP/IP, DNS, DHCP və VPN kimi şəbəkə protokolları və xidmətləri haqqında biliklər;
Active Directory ilə işləmək bacarığı (istifadəçi hesablarının yaradılması, parolların sıfırlanması və s.);
MS Office, Outlook, Teams və digər ofis proqramlarının quraşdırılması və sazlanması üzrə təcrübə;
Printer, MFP, skaner və digər periferik avadanlıqların quraşdırılması və sazlanması üzrə biliklər;
Tiket sistemləri ilə işləmək təcrübəsi;
ITIL prinsipləri, insidentlərin və xidmət sorğularının idarə edilməsi, eskalasiya prosesləri üzrə bilik və ya iş təcrübəsi;
RDP, AnyDesk, TeamViewer və digər uzaqdan qoşulma proqramları ilə işləmək bacarığı;
İT avadanlıqlarının inventarizasiyası, qeydiyyatı, etiketlənməsi və silinməsi üzrə təcrübə;
Texniki sənədləri oxuyub anlamaq səviyyəsində ingilis dili biliyi;
Məsuliyyətlilik, diqqətlilik və komandada işləmək bacarığı.
İş yeri: Nardaran qəsəbəsi, Sea Breeze;
Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
