Vakansiya haqqında
Əsas öhdəliklər:
İşə qəbul
və seçimlər: Tikinti layihələri üçün tələb olunan mühəndis-texniki heyətin,
usta və fəhlələrin axtarışı, müsahibələrin keçirilməsi və işə qəbulu
prosesini idarə etmək.
Əmək
qanunvericiliyi və kargüzarlıq: Əmək Məcəlləsinə uyğun olaraq işçilərin işə
qəbulu, başqa işə keçirilməsi, xitam və məzuniyyət əmrlərini hazırlamaq;
ƏMAS (e-gov) alt sistemində əməliyyatları tam və vaxtında icra etmək.
Kadr
uçotu: Şəxsi işlərin formalaşdırılması, əmək kitabçalarının (və ya
elektron uçotun) idarə olunması və tabel uçotuna (vaxta nəzarət) nəzarət
etmək.
Sahə/Obyekt
koordinasiyası: Tikinti obyektlərində çalışan işçilərin rotasiyası, növbəli
iş rejimləri və gediş-gəliş proseslərinin HR tərəfini tənzimləmək.
Əməkhaqqı
və Davamiyyət: Aylıq davamiyyət (tabel) göstəricilərini toplamaq, yoxlamaq
və əməkhaqqı hesablanması üçün mühasibatlığa təqdim etmək.
Əməyin
mühafizəsi ilə koordinasiya: SƏTƏM (HSE) şöbəsi ilə birgə işçilərin ilkin
təlimatlandırılması və tibbi müayinələrin izlənməsini təmin etmək.
Daxili
qaydalar və adaptasiya: Yeni işçilərin adaptasiya prosesini təşkil etmək,
şirkətin daxili intizam qaydalarına riayət olunmasına nəzarət etmək.
Namizədə olan tələblər:
Yaş həddi
25 +
Təhsil:
Ali təhsil (İqtisadiyyat, İdarəetmə, Hüquq və ya Psixologiya sahəsi
arzuolunandır).
Təcrübə:
İnsan resursları sahəsində minimum 5 + il iş təcrübəsi (tikinti və ya
istehsalat sektorunda təcrübə mütləqdir/arzuolunandır).
Qanunvericilik
bilikləri: Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək.
Proqram bilikləri:
ƏMAS
portali ilə sərbəst işləmək bacarığı.
1C: HR
/ HRMS proqramı.
MS
Office (Excel, Word) – yaxşı səviyyədə.
Bacıraqlıqlar: Yüksək ünsiyyət və danışıqlar aparmaq
qabiliyyəti, kütləvi işə qəbul (mass recruitment) təcrübəsi, operativlik və gərgin
iş rejimində işləmək bacarığı.
Ünvan - Svetlana Məmmədova 203c
Əməkhaqqı - 800 Azn +
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
