Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Sifariş jurnalındakı məlumatları yoxlamaq, bron edilmiş sifarişlərin vaxtını dəqiqləşdirmək və zalda buna uyğun dəyişikliklər etmək.
Masaların düzülüşünə, təmizliyinə və menyuların yerində olmasına nəzarət etmək.
Qonaqları səmimi şəkildə qarşılamaq, bron edilmiş masaya yönləndirmək, bron olmadıqda isə boş masaları təklif edib oturmasına kömək göstərmək.
Zaldakı ümumi vəziyyəti daim izləmək.
Pik saatlarda və bütün masalar dolu olduqda, ofisiant çatışmazlığı yaranarsa, onlara dəstək vermək.
Qonaqlarla və ya zalda yaranan məsələləri öz səlahiyyətləri daxilində operativ şəkildə həll etmək.
Səlahiyyətindən kənar olan və ya əlavə müdaxilə tələb edən hallar barədə rəhbərinə vaxtında, dəqiq və düzgün məlumat vermək.
Daxil olan zənglərə 3 zəngdən gec olmayaraq cavab vermək, bron jurnalında qeydlər aparmaq və jurnalın həmişə səliqəli olmasına diqqət yetirmək. Bronları düzgün və dəqiq şəkildə qeyd etmək.
Menyu barədə məlumatlı olmaq və ofisiantların zal üzrə yerləşmə bölgüsünü bilmək.
Masaların nömrələrini və yerləşməsini əzbər bilmək.
İşlədiyi restoranın və şirkətin imicini qorumaq, işə məsuliyyətlə və vicdanla yanaşmaq, şirkətin maraqlarını şəxsi maraqlardan üstün tutmaq.
Telefon zənglərinə standartlara uyğun cavab vermək və rezervasiyaları rəsmiləşdirmək.
Fövqəladə və ya təhlükəsizliklə bağlı vəziyyətlərdə düzgün davranış qaydalarını bilmək.
İşgüzar ünsiyyət etik qaydalarına riayət etmək.
Namizədə tələblər
Ən azı 2 il iş təcrübəsi.
Qonaqlarla rahat və peşəkar ünsiyyət qurmaq bacarığı.
Gülərüz, məsuliyyətli olmaq və stres altında işləyə bilmək.
Azərbaycan və rus dillərində sərbəst danışmaq, ingilis dili biliyi isə üstünlükdür.
İş şəraiti
Nəqliyyat və yataqxana ilə təmin olunma.
Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə.
Əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən ediləcək.
Müraciət qaydası
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
