Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Iris Hotel Baku

Hostess

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

İş yeri: Bakı şəhəri, Iris Lounge Əsas vəzifələr Qonaqları nəzakətlə qarşılamaq və onlara rahat, xoş qonaqpərvər mühit yaratmaq; Rezervasiyaları idarə etmək, qonaqların xüsusi istəklərini müəyyənləşdirmək və bu məlumatı xidmət və mətbəx heyətinə vaxtında çatdırmaq; Böyük qruplar və xüsusi tədbirlər üçün rezervasiyaların dəqiq planlaşdırılmasını və təşkili prosesini həyata keçirmək; Qonaqları uyğun masalara yönləndirmək, menyu, kampaniyalar və dəyişikliklər barədə məlumat vermək; Qida və içki menyusu haqqında məlumatlı olmaq, ehtiyac yarandıqda qonaqlara ətraflı izah təqdim etmək; Qonaqlarla ünsiyyət saxlayaraq məmnunluq səviyyəsini izləmək, şikayətləri operativ və peşəkar şəkildə həll etmək. Vəzifə üzrə tələblər Yüksək ünsiyyət bacarığı və nəzakətli davranış; Səliqəli xarici görünüş və təqdimat bacarığı; Komandada işləmək və stresli vəziyyətlərdə çevik qərar vermək bacarığı; İngilis dilini ünsiyyət səviyyəsində bilmək mütləqdir, rus dili biliyi isə üstünlükdür. İş şəraiti İş yeri: Bakı şəhəri, Iris Hotel Baku İş qrafiki: Part-time Əmək haqqı: 400 AZN Göstərilən tələblərə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına “Hostess” başlığı ilə göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.