Vakansiya haqqında
Vəzifə
öhdəlikləri:
Sifariş jurnalında olan məlumatları yoxlamaq və bron (öncədən sifariş) edilmiş
sifarişlərin müddətini təyin etmək və zalda müvafiq dəyişikliklər etmək.
Masaların düzülüşünə,təmizliyinə və menyuların yerində olmasına nəzarət
etmək.
Qonaqları gülərüzlə qarşılamaq və salamlamaq, onları bron edilmiş
masaya yola salmaq. Əgər bron edilməyibsə, boş olan masaları təklif etmək və müştərilərə əyləşməyə
köməklik göstərmək.
Zalda olan ümumi vəziyyətə nəzarət
etmək.
Pik, bütün masaların dolu vaxtlarında ofisiant çatışmazlığı
zamanlarında ofisiantlara köməklik göstərmək.
Qonaqlar ilə və ya
zalda yaranan problemləri öz səlahiyyətləri çərçivəsində həll etmək.
Səlahiyyətləri aşan problemlər və digər hallarda öz menecerinə vaxtında dəqiq və düzgün
məlumat vermək.
Daxil olan zənglərə cavab verərək (3 zəngdən gec olmamaq
şərtilə), bron jurnalında qeydlər aparmaq və hər zaman jurnalın təmiz və səliqəli olmasına diqqət etmək. Bronları
dəqiq və düzgün şəkildə aparmaq.
Menyu haqqında məlumatlı olmaq,
ofisiantların zalda yerləşdirilmə pozisiyalarını bilmək.
Masaların
nömrələri və yerləşməsini bilmək.
İşlədiyi restoranın və şirkətin
imicini qorumalıdır. İşinə vicdanla və diqqətlə yanaşmalı, şirkətin maraqlarını şəxsi maraqlarından üstün
tutmalıdır.
Telefonlara
standartlara uyğun cavab vermək və rezervasiyaları etmək.
Hər
hansı bir fövqəladə vəziyyətdə və ya təhlükəsizlik vəziyyətində düzgün davranışı bilmək.
İşgüzar ünsiyyət etikası.
Namizədə tələblər
2 ildən artıq iş təcrübəsi
Qonaqlarla ünsiyyət qurma bacarığı
Gülərüz,
məsuliyyətli və stress altında işləmə bacarığı
Azərbaycan və Rus
dillərində sərbəst danışmaq, İngilis dilini bilməsi arzu olunandır.
İş şəraiti
Nəqliyyat və yataqxana ilə təmin
olunma;
Azərbaycan
Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;
Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında təyin olunacaq.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
