Vakansiya haqqında
Təsvir
Hava limanı ərazisində həyata keçirilən cari təmir işlərinin təşkilini və icrasına
nəzarəti həyata keçirmək;
Təmir işlərinin təsdiq edilmiş layihələrə,
texniki tələblərə və müəyyən edilmiş müddətlərə uyğun yerinə yetirilməsini təmin etmək;
İcra olunmuş təmir işlərinin həcmini və keyfiyyətini yoxlamaq, təhvil-təslim prosesində
iştirak etmək;
Təmir işlərinin icrası ilə bağlı podratçı və icraçı
təşkilatlarla koordinasiyanı təmin etmək;
Görülmüş təmir işləri üzrə
müvafiq texniki sənədləri və hesabatları hazırlamaq;
Təmir işləri zamanı
aşkar edilmiş nöqsan və uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək;
Təmir işlərinin gedişi və nəticələri barədə rəhbərliyə mütəmadi məlumat və hesabatlar təqdim
etmək.
Tələblər
Ali təhsil;
Minimum 2 il iş təcrübəsi
(Tikinti-təmir işlərinin təşkili və texniki nəzarəti sahəsində iş təcrübəsinin olması
arzuolunandır);
Dil bilikləri: Azərbaycan dili – səlis, ingilis dili – B1
səviyyəsində, rus dili – arzuolunandır;
Kompüter bilikləri: MS Word, MS
Excel və MS PowerPoint;
Yazılı və şifahi ünsiyyət
bacarıqları;
Problemlərin həlli bacarığı;
Təqdimat bacarıqları;
Öyrənmə
qabiliyyəti;
Dəyişikliklərə uyğunlaşma bacarığı;
Komandada işləmək bacarığı.
İş qrafiki:
5 günlük
İş yeri:
Heydər Əliyev Beynəlxalq Hava Limanı
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
