Vakansiya haqqında
"GL" ASC (Sizin Lombard)
Şəki şəhərində yerləşən filialı üzrə
📌 Filial Meneceri vakansiyası elan edir!
Əsas vəzifə öhdəlikləri:
Filial əməkdaşlarının fəaliyyətinə və təqdim olunan kreditlərin icrasına nəzarət etmək;
Kredit portfelinin keyfiyyətinə nəzarət etmək və vaxtında ödənişlərin təmin olunmasına şərait yaratmaq;
Yeni kredit və satış metodlarının tətbiqi ilə bağlı təşəbbüslərlə çıxış etmək;
Kreditlərin təsnifləşdirilməsi və Kredit Komitəsinə təqdim olunmasını təşkil etmək;
Problemli kreditlərlə bağlı hesabatlar hazırlamaq və aidiyyəti şöbələrə təqdim etmək;
Filial üzrə müəyyən edilmiş hədəflərə nail olmaq və Baş Ofislə səmərəli əməkdaşlıq etmək.
Namizədə dair tələblər:
Maliyyə, kredit və ya satış sahəsində rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi;
Ali təhsil;
Microsoft Office proqramlarında (xüsusilə Word və Excel) sərbəst işləmək bacarığı;
Yaş həddi: 30–50;
Fərdi və komanda ilə işləmək bacarığı;
Təşəbbüskarlıq və yüksək məsuliyyətlilik.
İş şəraiti və təkliflər:
İş qrafiki: Bazar ertəsi – Cümə | 09:00–18:00
Əməkhaqqı: Razılaşma yolu ilə
Əlavə olaraq əməkhaqqının iki mislinə qədər bonus qazanmaq imkanı;
Peşəkar inkişaf və karyera yüksəlişi perspektivləri.
Qeyd: Filialın kateqoriyası yüksəldikcə əməkhaqqı da mütənasib şəkildə artır.
Müraciət qaydası:
Tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində "Filial Meneceri (Şəki)" qeyd etməklə aşağıdakı elektron poçt ünvanına göndərmələri xahiş olunur:
📧 vakansiya@glasc.az
✅ Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
📌 Göndərilən CV-lər şirkətimizin məxfi məlumat bazasında qorunur.
Əlaqə:
📍 Ünvan: Şəki şəhəri, M.Ə.Rəsulzadə Mərkəzi Poçtun yanı
📞 Telefon: (+994 50) 248 10 00
🌐 Vebsayt: www.sizinlombard.az
📩 Email: info@glasc.az
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
