Vakansiya haqqında
Rifah qrupkomandasına qoşulmaq üçün analitik düşüncəli, məsuliyyətli və
nəticəyönümlü Əməliyyatlara Nəzarət Meneceri axtarırıq!
Vəzifə öhdəlikləri
Şirkətin bütün mağazalarının gündəlik əməliyyat fəaliyyətinə nəzarət
etmək;
Mağazalarda müəyyən edilmiş iş standartlarının, daxili qaydaların
və prosedurların icrasını təmin etmək;
Mağaza rəhbərlərinin və işçi
heyətinin fəaliyyətini yoxlamaq və qiymətləndirmək;
Satış proseslərinin
düzgün təşkilinə, müştəri xidmətinin keyfiyyətinə və xidmət standartlarına nəzarət etmək;
Mağazalarda məhsulların düzgün yerləşdirilməsi, vitrin və ekspozisiyaların tərtibatına nəzarət
etmək;
Anbar, mal qəbulu, məhsulun mağazalararası hərəkəti və
inventarizasiya proseslərinin düzgün aparılmasını yoxlamaq;
Məhsul
çatışmazlığı, artıq qalıq, itki və uyğunsuzluq hallarını araşdırmaq və qarşısının alınması üçün tədbirlər
görmək;
Kassa əməliyyatlarına, ödənişlərin düzgün rəsmiləşdirilməsinə və
maliyyə intizamına nəzarət etmək;
Müştəri şikayətlərinin, geri qaytarılma
və dəyişdirilmə proseslərinin şirkət qaydalarına uyğun aparılmasını təmin etmək;
Mağazaların təmizlik, səliqə, təhlükəsizlik və texniki vəziyyətinə nəzarət
etmək;
Mağazaların iş qrafiklərinə, əmək intizamına və işçi davamiyyətinə
nəzarət etmək;
Müəyyən edilmiş KPI göstəricilərinin mağazalar üzrə
icrasını izləmək;
Mağazalarda aşkar edilən nöqsanların aradan
qaldırılması üçün tədbirlər planı hazırlamaq və icrasını yoxlamaq;
Müntəzəm mağaza yoxlamaları və auditlər həyata keçirmək;
Mağazaların fəaliyyət nəticələrini müqayisə etmək, problemləri müəyyənləşdirmək və rəhbərliyə
hesabat təqdim etmək;
Əməliyyat proseslərinin optimallaşdırılması və
şirkətin fəaliyyət effektivliyinin artırılması üçün təkliflər vermək.
Tələblər
Ali təhsil;
Pərakəndə satış, mağazalar
şəbəkəsinin idarə edilməsi və ya əməliyyatlara nəzarət sahəsində minimum 1-3 il iş təcrübəsi;
Bir neçə filialın və ya mağazanın fəaliyyətinə nəzarət təcrübəsi
arzuolunandır;
Pərakəndə satış proseslərini və mağaza idarəetmə
prinsiplərini yaxşı bilmək;
Anbar, logistika, inventarizasiya və mal
dövriyyəsi prosesləri üzrə biliklər;
Satış, kassa və müştəri xidmətləri
proseslərini qiymətləndirmək bacarığı;
Excel və hesabat proqramları ilə
işləmək bacarığı;
KPI sistemləri və əməliyyat göstəricilərinin təhlili
üzrə biliklər;
Daxili audit və yoxlama aparmaq
bacarığı;
Güclü analitik düşüncə və problem həll etmə
qabiliyyəti;
Tələbkarlıq, prinsipiallıq və yüksək
məsuliyyət;
Komandanı idarə etmək, ünsiyyət və nəzarət
bacarığı;
Regionlarda yerləşən mağazalara mütəmadi ezamiyyətə hazır
olmaq.
Əsas KPI Göstəriciləri
Mağazalarda daxili qayda və standartlara riayət səviyyəsi;
Aşkar edilmiş nöqsanların aradan qaldırılma faizi;
İnventarizasiya nəticələrində mal qalığı uyğunsuzluqlarının azalması;
Kassa və maliyyə intizamının qorunması;
Müştəri
xidmətlərinin keyfiyyət göstəriciləri;
İşçi intizamı və davamiyyət
göstəriciləri;
Mağazaların əməliyyat effektivliyi;
Audit və yoxlamaların nəticələri;
Müəyyən edilmiş
tədbirlər planının vaxtında icrası.
Şirkət tərəfindən təklif olunan
Rəqabətədavamlı əməkhaqqı;
Nəticələrə
əsaslanan bonus və mükafatlandırma sistemi;
Peşəkar və dinamik iş
mühiti;
Karyera və peşəkar inkişaf imkanları;
İdarəetmə proseslərində aktiv iştirak imkanı
Maraqlanan namizədlər CV-lərini Azərbaycan dilində göndərmələri xahiş olunur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu
dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
